Hamiləliyin 19-cu həftəsi: Hamiləlik əlamətləri və körpənin inkişafı

Oxuma müddəti: 4 dəqiqə

Hamiləliyin 19 həftəsi neçənci aydır?

calendar icon circle

5-ci ay (2-ci rüb)

foetus icon

19-cu həftədə körpənin inkişafı

Sizin balaca vücudunu inkişaf etdirməyə davam edir.

roll mat icon

19-cu həftədə idman

Relaksin hormonunun məşqlərə təsiri barədə öyrənmək vaxtıdır.

milk icon

Pəhriz və qidalanma

Bu həftə sink barədə bir qədər düşünək.

19-cu həftədə körpənin inkişafı

foetus pregnancy week 19

Mənim körpəm nə boydadır? Körpəm nəyə bənzəyir?

Hamiləliyin 19-cu həftəsində körpənizin boyu başından büzdüm sümüyünə qədər təxminən 15,3 sm, çəkisi isə təxminən 240 qramdır. Bu, təxminən pomidorla eyni ölçüdür, amma bir qədər ağır.1

İndi körpənizin ən unikal xüsusiyyəti – barmaq izləri inkişaf etməyə başlayır. Bunların ortaya çıxması ilə bərabər əl və ayaq dırnaqları böyüməyə davam edir və indi o, əllərini sıxa bilməlidir.2

Verniks adlanan qoruyucu təbəqənin ortaya çıxması ilə birlikdə körpənizin sinirlərinin ətrafında miyelin adlı yağlı maddə formalaşır.3 O, həm də sinirləri izolyasiya etməklə onları qoruyur və körpənizin beyni ilə əzələləri arasındakı hərəkət neyronu əlaqələrini dəstəkləyir.

Miyelin körpənizin daha koordinasiyalı hərəkət etməyə başlamasına kömək edir.3 Adətən yeni doğulmuş körpələrin hərəkətləri qəfil və koordinasiyasız olur, amma onlar böyüdükcə daha çox miyelin yaranaraq hərəkətlərinin daha yumşaq və koordinasiyalı olmasına kömək edir.3

Körpəniz çox irəli gedib və artıq yetişmiş dişləri yaranıb. Adətən körpələr altı ayına qədər diş çıxarmasalar da, bu dişlər süd dişlərinin arxasında düzülür.1

personal pregnancy journey icon circle

Sizin körpə bu həftə

Körpənizin inkişafının elmi əsasını kəşf edin; həftəbəhəftə

Hamiləliyin 19-cu həftəsi (ikinci rüb)

Orqanizmimdə nə baş verir?

Uşaqlıq boşluğunuz çanaqdan yuxarı doğru hərəkətə davam edir. İndi o, göbək dəliyinizə çatmalıdır və hamiləliyin hər geridə qalan həftəsində bir santimetr böyüməlidir.4

Bu ərəfədə hamiləlik hormonları göz yaşı yaranmasına təsir edə bildiyi üçün göz qıcıqlanması ola bilər.5 Bu, gözlərinizdə yorğunluq və qum dənəsi düşmüş kimi hiss etməyinizə səbəb ola bilər, buna görə də göz damcısı almağınıza dəyər.

Qəribə olsa da, hamiləlik hormonu gözlərdə artıq mayenin yaranmasına səbəb ola bilər və bu, göz bəbəyinizin əyriliyini dəyişdirə və zəif çəpgözlüyə yol aça bilər.6 Kontakt linzaları taxanlar bu dəyişikliyi daha çox sezə bilərlər. Narahatlıq versə də, yadda saxlamaq lazımdır ki, bu, müvəqqətidir, doğuşdan dərhal sonra və ya körpənizi əmizdirməyə başlayarkən keçib gedəcək, buna görə də yeni linza resepti tələb etməyinizə ehtiyac yoxdur.

Çox az sayda qadında göz problemləri preeklampsiyanın ilk əlamətləri ola bilər.7 Əgər diaqnoz qoyulmayıbsa, preeklampsiya ciddi xəstəliyə, sizi və körpənizi riskə ata biləcək eklampsiyaya gətirib çıxara bilər. Əgər görmənizdə dəyişiklik hiss edirsinizsə, ginekoloqunuz və ya həkiminizlə danışın.

19-cu həftədə hamiləlik əlamətləri

woman forgetfulness

Böyrü üstə yatın, qarnınıza və ağrıyan əzələlərinizə dəstək üçün yastıqlardan istifadə edin. Həmçinin dizləriniz arasında yastıqla yatmağı da sınaya bilərsiniz.1

Təəssüf ki, hamiləlik geniş yayılmış maya infeksiyası olan süd yarasına qarşı müqavimətinizi artırmır. Əgər sizdə süd yarası olarsa, geniş, pambıq alt paltarı geyinin və ətirli sabunlar, hamam duzlarından istifadə etməkdən və keçib gedənə qədər sekslə məşğul olmaqdan çəkinin.

Siz tez-tez ayaqyoluna getmək kimi hamiləliyin erkən əlamətlərini hələ də daşıya bilərsiniz.

Hamiləlik hormonu proqestron həzm prosesini yavaşladır və bu, köpməyə və qaz artıqlığına səbəb ola bilər.8

Qarnınızın yan tərəfində ağrılar uşaqlıq boşluğunun genişlənməsi (onu yuvarlaq bağ ağrıları da adlandırırlar) səbəbindən olur. Ağrının keçməsi üçün ayaqlarınızı qaldıraraq dincəlin.9

Bu, birinci rübdən qalan və hələ də hiss etdiyiniz digər əlamətlərdən biridir. Ruh düşgünlüyünə estroqen və proqesteron hormonları səbəb olur. Özünüzü gümrah hiss etməyiniz üçün çoxlu dincəlin və yüngül idman hərəkətləri edin.

19-cu həftədə hamiləlik əlamətləri

active for 2 swimming

Qarnınız böyüdükcə bəzi hərəkətləri etməyiniz daha da çətinləşəcək. Bu, xüsusilə idman hərəkətlərinə aid ola bilər, odur ki, onları uyğunlaşdırmaq ehtiyacı yaranacaq.

Birincisi, siz əlavə çəki almısınız və buna davam edəcəksininiz, bu isə etdiyiniz idman hərəkətlərinə təsir göstərə bilər. Bəs hormonlarınızın da idman hərəkətlərinizə təsir edə biləcəyini bilirsinizmi?

Relaksin adlanan hormon doğuşa kömək edən bağları zəiflədə bilər.10 Təəssüf ki, beliniz, dizləriniz və topuqlarınızı dəstəkləyən bağları da zəiflədə bilər.1 Buna görə də qaçmaq əvəzinə sürətli yeriməyə keçid edə bilərsiniz.

Hamilə qadınların beş gün ən azı 30 dəqiqə olmaqla hər həftə 150 dəqiqə11 idman etməyə çalışmaları məsləhət görülür. Hamiləliyiniz inkişaf etdikcə günlük qaydalarınızı uyğunlaşdırmağınız faydalı olar. Yaxşı xəbər odur ki, 10 dəqiqəlik üç seans 30 dəqiqəlik bir seans qədər faydalıdır.

Yadda saxlayın: idman gərgin olmamalıdır və idman edərkən asanlıqla söhbət edə bilməlisiniz. Əgər nəfəs almaqda çətinlik çəkirsinizsə, yəqin ki, həddi aşmısınız.

Sinkə diqqət

cheese

Körpənizin toxuma və DNK inkişafı hamiləlik dövründə sink ilə yaxşı təmin olunmaqdan asılıdır. Sink körpənizin bəslənməsi üçün orqanizminizin qidalardan yağ, protein və karbohidratları emal etməsinə12 kömək edir. Bu vacib mineral sizin öz səhhətinizi də dəstəkləyir, odur ki, sink ilə zəngin qidaları pəhrizinizə daxil etməyiniz zəruridir. Orta hesabla hər qadının gündə təxminən 7 mq sinkə13 ehtiyacı var.

Sinklə zəngin qidaları pəhrizinizə daxil edin

  • Dana və quzu əti kimi qırmızı ət
  • Ev quşları, xüsusən hind quşu
  • Tam buğda çörəklər və sıyıqlar
  • Qabıqlı çərəzlər
  • Süd, pendir və yumurta

SİNKİN

ELMİ ƏSASI

Nutricia tərəfindən dəstəklənir

Sink hamiləlik dövründə körpənizin hüceyrələrinin və DNT-nin qurulmasında önəmli rol oynayır. O, hüceyrələrin bölünməsi və toxumaların böyüməsi üçün lazımlıdır və körpəniz bir adi hüceyrədən başlayaraq trilyonlarla kiçik hüceyrədən ibarət balaca insana qədər böyüyür. Sink həmçinin beynin normal inkişafında aparıcı rol oynayır.14

Sinkin sağlam qəbulu hamiləlik dövründə düzgün balanslaşdırılmış pəhrizin bir hissəsidir. Hamiləlik dövründə gündə 7 mq, körpənizin ilk dörd ayında ana südü ilə qidalandırarkən gündə 13 mq, sonrakı dövrdə gündə 9,5 mq sink qəbul etməyə ehtiyacınız var.15

  1. NHS START4LIFE. Week 19 – your second trimester. [ONLINE] Available at: https://www.nhs.uk/start4life/pregnancy/week-by-week/2nd-trimester/week-19/
  2. NHS UK. You and your baby at 17 weeks pregnant [Online]. Available at: https://www.nhs.uk/conditions/pregnancy-and-baby/17-weeks-pregnant/ [Accessed December 2019]
  3. Deans A. Your New Pregnancy Bible, The experts’ guide to pregnancy and early parenthood. 4th ed. London: Carroll & Brown Publishers Limited, 2013.
  4. Hill, M.A. 2019. Embryology Fetal Development. [Online] Available at: https://embryology.med.unsw.edu.au/embryology/index.php/Fetal_Development [Accessed December 2019]
  5. 19 weeks pregnant: advice, symptoms and what to expect. [ONLINE] Available at: https://www.motherandbaby.co.uk [Accessed December 2019]
  6. WebMD Medical Reference. Pregnancy and Vision. Reviewed by Nivin Todd, MD on January 9, 2018. [ONLINE]
  7. NHS UK. Pre-eclampsia. [ONLINE] Available at: https://www.nhs.uk/conditions/pre-eclampsia/symptoms/ Page last reviewed: 7 June 2018. Next review due: 7 June 2021.
  8. NHS UK. Start4life. Week 17 – your second trimester [Online] Available at: https://www.nhs.uk/start4life/pregnancy/week-by-week/2nd-trimester/week-17/ [Accessed December 2019]
  9. NHS UK START4LIFE. Week 15 – your second trimester. [ONLINE] Available at: https://www.nhs.uk/start4life/pregnancy/week-by-week/2nd-trimester/week-15/ [Accessed December 2019]
  10. What is relaxin? You And Your Hormones, from the Society for Endocrinology. [ONLINE] Available at: https://www.yourhormones.info/hormones/relaxin/ Last reviewed: Mar 2018.
  11. NHS UK. Exercise in pregnancy. [ONLINE] Available at: https://www.nhs.uk/conditions/pregnancy-and-baby/pregnancy-exercise/ Page last reviewed: 14 January 2017. Next review due: 14 January 2020.
  12. 4. WHO. Zinc supplementation during pregnancy [Online]. 2013. Available at: https://www.who.int [Accessed December 2019]
  13. NHS UK. Vitamins and minerals – others. [Online] Available at: https://www.nhs.uk/conditions/vitamins-and-minerals/others/ Page last reviewed: 3 March 2017. Next review due: 3 March 2020.
  14. British Nutrition Foundation. Nutrition and development, short and long-term consequences for health. London: Wiley Blackwell, 2013. p.157.
  15. Department of Health. Report on Health and Social Subjects 41. Dietary Reference Values for Food Energy and Nutrients for the United Kingdom. TSO: London, 1991.

Son baxış: 13 yanvar 2020

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x