Sizin uşağınız; mərhələ-mərhələ
Uşağınızın inkişafı: 12-36 ay arası füsunkar dəyişikliklər
Uşağınız ilk və ikinci doğum günləri arası inkişafında çox böyük və cəlbedici sıçrayışlardan keçəcək. Onun fiziki koordinasiyası əhəmiyyətli dərəcədə yaxşılaşacaq, nəticədə yerişi və danışığı təkmilləşəcək. Eyni zamanda getdikcə özünü dərk etməsi və başqaları ilə yeni yollarla ünsiyyət qurmaq üçün lazım olan bacarıqları inkişafı etməyə başlayacaq.
İkinci doğum günündən sonra uşağınızın şəxsiyyəti daha da parlayacaq və duyğularını yaxşı ifadə edə bilməsə də, onlar davranışları üzərində böyük təsirə sahib olacaq. Fiziki qabiliyyətlərinə olan inamın artması onu dişlərini fırçalamaq və mebelin üstündə tullanmaq kimi fəaliyyətləri sınaqdan keçirməsinə, habelə güvəcdən istifadəni öyrənməsinə kömək etməyə həvəsləndirəcək.
Sürətli böyümənin və intensiv inkişafın bu mərhələsi əlavə qida dəstəyini tələb edir. İnanılmaz olsa da, uşaqların öz ölçülərinə görə böyüklərdən 3 dəfə daha çox enerjiyə, həmçinin müxtəlif vitamin və minerallara ehtiyacı var.