Sualınız var?
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
8-ci ay (3-cü rüb)
Hamiləliyinizin 34-cü həftəsində körpəniz bədən temperaturunu nizamlamağa və doğuşdan sonra isti qalmasına kömək üçün yağ toplamaq şəklində çəki artırır. Bu mərhələdə onun sümükləri də möhkəmlənməyə davam edir. Siz hər ikinizi dəstəkləmək üçün geniş çeşiddə sağlam qidalarla bəslənməyə davam etməlisiniz. İndi faydalı vərdişlər qazanmağınız körpənizi ana südü ilə qidalandırarkən onun ehtiyac duyduğu qidalandırıcı maddələri yeməyinizi davam etdirməyi asanlaşdıracaq.
34-cü həftədə körpənizin inkişafı
Hamiləliyin 34-cü həftəsində böyüyən körpənizin çəkisi təxminən 2267 qram, başından büzdüm sümüyünə qədər ölçüsü isə təxminən 31 sm-dir.1 Bu əlavə çəkinin bir hissəsi möhkəmlənməyə və güclənməyə davam edən sümüklərinin hesabınadır. Körpənizin baş sümükləri isə istisnadır: onlar hamiləlik boyunca yumşaq və ayrı qalacaqlar, bununla da təhlükəsiz hərəkət edəcək və doğuş zamanı məruz qalacaqları təzyiqə uyğunlaşacaqlar.2
Hamiləliyin 34-cü həftəsində körpənizin bir çox orqanizm sistemi fəaliyyət göstərir, immun sistemi isə hələ ki, inkişaf mərhələsindədir.2 O, doğuşdan sonra da sizin orqanizminiz ana südü ilə anticisimlər kimi qoruyucu faktorları çatdırmaqla bunu dəstəklədikcə inkişafa davam edəcək.2
Əgər uşaqlıq boşluğunuzun içinə nəzər sala bilsəydiniz, körpənizin dırnaqlarının artıq barmaq ucları qədər böyüdüyünü görə bilərsiniz. Körpəniz oğlandırsa, bu mərhələdə xayaları da görünə bilər, hərçənd ki, çox az sayda körpə aşağı enməmiş xayalarla doğulur. Adətən bu onların bir yaşına qədər öz-özünə düzəlir.3
Doğuş tarixi yaxınlaşdıqca doğum evi çantanızı hazırlamaq vaxtı da gəlib çatır. Doğuş ərəfəsində hansı növ çərəzləri yeyə biləcəyinizi indidən düşünsəniz, həmin vaxt buna hazır ola bilərsiniz. Yaddan çıxartmayaq ki, körpələrin yalnız 5%-i proqnoz olunan doğuş tarixində gəlir, buna görə də körpənizin nə vaxt gələcəyi ilə bağlı bələdçi sadəcə bələdçidir.1
Dünya üzrə 700.000-dən çox gələcək ana və yeni valideynlərə qoşulun.
Körpəniz doğulduqdan sonra orqanizminiz onun ehtiyac duyduğu bütün qidalandırıcı maddələri südünüz vasitəsi ilə təmin edəcək. Hamiləlikdə olduğu kimi orqanizminiz körpənizin ehtiyaclarını əsas tutacaq, buna görə də hər ikinizi dəstəkləməsi üçün pəhrizinizdə qidalandırıcı maddələr və enerjinin düzgün balansını qorumaq vacibdir.
“Hamiləlik dövründə sadiq qaldığınız sağlam qidalanma vərdişləri körpənizi əmizdirərkən də eyni dərəcədə əhəmiyyətli olacaq.”
Hamiləlik dövründə əhəmiyyətli hesab edilən müəyyən qidalandırıcı maddələr körpənizin həyatının ilk bir neçə ayında da vacib rol oynayır. Xüsusən:
Əmizdirərkən diqqət etməli olduğunuz digər məqam maye qəbul etməyinizdir. Orqanizmin əhəmiyyətli miqdarda süd hazır edə bilməsi üçün əmizdirən qadınlara gün ərzində gündəlik tövsiyə olunan 2 litrdən əlavə 700 ml su içmələri məsləhət görülür.8 Bu, gündə 10-11 stəkan edir. Amma unutmayın ki, çay, qəhvə, süd, meyvə şirəsi, şorbalar və kokteyllər də bu göstərilən miqdara aiddir.
Hamiləliyin bu son həftələrində də bol miqdarda mayeyə ehtiyacınız var, buna görə də əgər kifayət qədər su içmədiyinizdən şübhələnirsinizsə, bu miqdarı artırmağın və sağlam su içmək vərdişinin təməlini qoymağın əsl vaxtıdır.
Yağlı balıqlar, D vitamini, dəmir və Omeqa-3 LCP-ləri faydalı qidalandırıcı maddələr mənbəyidir. Üçüncü rübdə və körpənizi əmizdirərkən sağlam çərəzlər və əlüstü qidalar ilə bağlı bu tövsiyələri etməyə çalışın. Tərkibində kirlədici maddələrin olması ehtimalına görə həftədə iki porsiya məhdudiyyətinə diqqət edin:9
Son baxış: 8 avqust 2016
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Zəhmət olmasa, əvvəlcə bu vacib xəbərdarlığı oxuyun
“Davam” düyməsini sıxmaqla Nutrilon uşaq südləri və digər məhsullarla bağlı məlumatları görə biləcəksiniz. Davam etməyi seçdikdə NutriciaClub-ın məlumatları sizə informasiya məqsədli şəxsi tələbiniz əsasında təqdim etdiyi ilə razılaşırsınız. Zəhmət olmasa, uşağınızı südlərlə qidalandırma və ana südündən qatı qidalara keçirməklə bağlı məlumatlı seçim etmək üçün tibb mütəxəssisi ilə məsləhətləşin.
Ana südü ilə qidalanma körpələr üçün ən xeyirlisidir və körpələrə çoxsaylı faydası var. Əmizdirməyə hazırlaşarkən və ya əmizdirmə dövründə sağlam qidalanmaq və balanslaşdırılmış pəhriz çox vacibdir. Körpənin həyatının ilk həftələrində qarışıq qidalanması və butulka ilə qidalanması ana südü ehtiyatlarının azalmasına gətirib çıxara bilər və imtinadan sonra ana südü ilə qidalanmaya qayıtmaq çətin ola bilər. Uşaq südünün istifadəsi zamanı sosial və maddi nəticələrin olmasını nəzərə almaq lazımdır.
Uşaq südünün, digər qida məhsullarının və ya qidalanma metodlarının yanlış istifadəsi sağlamlıq üçün təhlükəli ola bilər. Sağlamlığa ziyan verməmək üçün uşaq qidalarının hazırlanması və yedizdirilməsi təlimatlarına ciddi əməl etmək lazımdır.