Sualınız var?
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Oxuma müddəti: 4 dəqiqə
3-cü ay (2-ci rüb)
13-cü həftədə körpənizin boyu təxminən 7 sm, çəkisi isə təxminən 25 q1 olacaq, balaca ərik boyda.
Digər dəyişikliklər körpənizin səs telləri,2 həmçinin onun başında özlərinə yer edən gözləri və qulaqları ilə bağlıdır. Yeri gəlmişkən, körpənizin başı digər bədən üzvlərinə nisbətən daha yavaş böyüyəcək, beləliklə, onların nisbəti normal şəkildə görünməyə başlayacaq. 21-ci həftədə körpənizin beyni bədəninin üçdə biri, doğuş öncəsi isə dörddə biri böyüklüyündə olacaq.3
Daxildə isə körpənizin qara ciyəri və mədəaltı vəzi fəaliyyətə başlayır. Körpənizin cinsindən asılı olaraq onun yumurtalıqları və ya xayaları tam formalaşacaq, cinsiyyət üzvləri də inkişaf etməyə başlayacaq. Bununla belə cinsini müəyyənləşdirmək hələ ki, bir qədər tezdir.1
Dünya üzrə 700.000-dən çox gələcək ana və yeni valideynlərə qoşulun.
Uşaqlıq boşluğunuz yuxarı və aşağı doğru hərəkət etdikcə, balaca olsa da, qarnınızın böyüdüyünü görməlisiniz. Əgər tez-tez sidiyə çıxma ehtiyacı hiss edirsinizsə, bu, yaxşı xəbərdir: uşaqlıq boşluğunuz hərəkət etdikcə sidik kisəsinə təzyiqi azalacaq (əgər sidiyə çıxarkən ağrı hiss edirsinizsə, həkiminizə və ya ginekoloqunuza müraciət edin, infeksiya təhlükəsi ola bilər).
Çanaq bölgəsində bir qədər çox miqdarda qan olur və bəzi qadınlar bunun cinsi əlaqə istəyini artırdığını düşünürlər. Əgər həkiminiz və ya ginekoloqunuz sizə başqa göstəriş verməyibsə, hamiləlik dövründə cinsi əlaqə təhlükəsizdir.4
Bu həftənin digər vacib dəyişikliyi ciftiniz ilə bağlıdır. O, artıq tam formalaşmalıdır, amma hamiləlik boyunca böyüməsi davam edəcək.5 Sizin ciftiniz körpənizə göbək bağı vasitəsilə bağlanıb və ona oksigen, qidalandırıcı maddə, hormon və anticisimləri ötürməyə kömək edir. O, eyni zamanda körpənizdən artıqları da xaric edir. Bu cür mürəkkəb və davamlı işin getməsinə baxmayaraq, siz heç bir şey hiss etməyəcəksiniz.
Qarnınızın yan tərəfində ağrı hiss edə bilərsiniz. Bu, uşaqlıq boşluğunun genişlənməsi (yumru bağ ağrıları kimi də bilinir) ilə əlaqədardır.4
Hormonal dəyişikliklərlə əlaqədar olaraq bu əlamətlər hamiləliyin erkən dövrlərində geniş yayılıb. Onlar yüngül ürəkbulanma və bəlkə də qarında ağrı hiss etmənizə səbəb ola bilər.4
Bu həzm problemləri körpənizin mədənizin olduğu hissəyə doğru böyüməsi və hormonal dəyişikliklər səbəbindən baş verir.4
Çanaq bölgəsində daha çox miqdarda qanın olması ilə vaginanı təmiz və infeksiyalardan uzaq saxlamaq üçün orqanizminiz leykoreya adlanan süd rəngində maye hazırlayır. Ondan çox güclü qoxu gəldiyini, rəngini və ya tərkibini dəyişdiyini hiss etsəniz, bu, infeksiyaya yoluxduğunuzun əlaməti ola bilər; mütləq ginekoloqa müraciət etməlisiniz.4
Siz ikinci rübə başlaya bilərsiniz, amma bu o demək deyil ki, səhər ürəkbulanması, qəribə yemək istəkləri, ruh düşgünlüyü və qanlı ifrazat kimi əlamətlər olmayacaq. Bəziləri hələ davam edə bilər.4
Hormonlarınız sizi diş əti xəstəliklərinə qarşı daha zəif hala gətirə bilər.4
Lif sağlam hamiləlik pəhrizinizin vacib hissəsidir və bir çox qadın onu lazımi miqdarda qəbul etmir.6 Bu bitki əsaslı maddənin qəbizliyə daha meylli olduğunuz vaxtlarda qaydasında qalmağınıza necə kömək etdiyi və liflərlə zəngin hansı qidaların qəbizliyə faydalı olduğu barədə öyrənin.
Lif həzm sisteminizdə hər şeyin yolunda getməsinə faydalı olduğu üçün sağlam hamiləlik pəhrizinin vacib hissəsidir.
Bitki əsaslı qidalarda olan liflər bitkinin orqanizminizin həzm edə bilmədiyi hissəsidir. Sorulması əvəzinə orqanizmdə hərəkət etməklə o, digər artıqların daha effektiv ötürülməsinə kömək edir.
Araşdırmalar həm də onu göstərir ki, liflə zəngin qidalar bağırsağınızda çoxlu sayda faydalı bakteriyaların çoxalmasına və onların qısa zəncirli yağ turşuları kimi qoruyucu maddələr hazırlamasına kömək edir.7
Kətan toxumu liflə və omeqa yağı da daxil olmaqla qidalandırıcı maddələr ilə zəngin olduğu üçün geniş istifadə olunan əlavədir. Bununla belə, o, körpənizin sağlamlığı üçün əks təsirləri səbəbindən hamilə və əmizdirən qadınlara tövsiyə edilmir.8
İki növ lif var: həll olan və həll olmayan. Həll olmayan lif suda həll olmur və orqanizm tərəfindən parçalanmır. Bunun əvəzinə orqanizminizdən keçir, yol boyu su hopdurur və digər qidaların keçməsinə kömək edir.
Həll olan lif suyu hopdurur, bağırsaqların yumşaq və rahat işləməsinə kömək edir. O, eyni zamanda xolestrin və yağlı turşular ilə bağlanaraq şəkərin hopdurulmasını yavaşladır və bağırsaqda təbii PH səviyyəsini qoruyur.7 Liflər həmçinin xolestrol səviyyəsini aşağı salır və ürək problemləri riskini azaltmağa kömək edir.
Son baxış: 18 dekabr 2019
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Zəhmət olmasa, əvvəlcə bu vacib xəbərdarlığı oxuyun
“Davam” düyməsini sıxmaqla Nutrilon uşaq südləri və digər məhsullarla bağlı məlumatları görə biləcəksiniz. Davam etməyi seçdikdə NutriciaClub-ın məlumatları sizə informasiya məqsədli şəxsi tələbiniz əsasında təqdim etdiyi ilə razılaşırsınız. Zəhmət olmasa, uşağınızı südlərlə qidalandırma və ana südündən qatı qidalara keçirməklə bağlı məlumatlı seçim etmək üçün tibb mütəxəssisi ilə məsləhətləşin.
Ana südü ilə qidalanma körpələr üçün ən xeyirlisidir və körpələrə çoxsaylı faydası var. Əmizdirməyə hazırlaşarkən və ya əmizdirmə dövründə sağlam qidalanmaq və balanslaşdırılmış pəhriz çox vacibdir. Körpənin həyatının ilk həftələrində qarışıq qidalanması və butulka ilə qidalanması ana südü ehtiyatlarının azalmasına gətirib çıxara bilər və imtinadan sonra ana südü ilə qidalanmaya qayıtmaq çətin ola bilər. Uşaq südünün istifadəsi zamanı sosial və maddi nəticələrin olmasını nəzərə almaq lazımdır.
Uşaq südünün, digər qida məhsullarının və ya qidalanma metodlarının yanlış istifadəsi sağlamlıq üçün təhlükəli ola bilər. Sağlamlığa ziyan verməmək üçün uşaq qidalarının hazırlanması və yedizdirilməsi təlimatlarına ciddi əməl etmək lazımdır.