Sualınız var?
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Oxuma müddəti: 4 dəqiqə
2-ci ay (1-ci rüb)
Ürək də daxil olmaqla körpənin əsas orqanları sürətlə inkişaf edir.¹
Hamiləlik döründə necə aktiv həyat tərzi keçirəcəyinizi öyrənin.
Hamiləliyin 5-ci həftəsində köpəniz embrion adlanır, ölçüsü isə 1 mm-dən1 bir qədər artıq olur; yəni təxminən küncüt toxumu boyda. Amma onun beyni, onurğa beyni və damarları mikroskopik ölçüdə olsa da, artıq inkişaf etməyə başlayır.2 Qan dövranı sistemi də inkişaf edir və təxminən 5-ci həftənin sonunda körpənizin ürəyi vurmağa başlayır.1
Bu vaxt körpənizə qidalandırıcı maddələri çatdıracaq göbək ciyəsi formalaşmağa başlayır.2 Körpənizin rahatlığı üçün tezliklə şəffaf, solğun maye ilə dolacaq amniotik kisə də şəkil almağa başlayır.3
Körpənizin inkişafının elmi əsasını kəşf edin; həftəbəhəftə
Bu həftə hamilə olduğunuzu əminliklə bildiyiniz vaxt ola bilər. Əgər siz menstruasiya vaxtının keçməsi, döşlərin həssaslaşması və yorğunluq kimi əlamətlərdən əmin olmasanız, 5-ci həftədə hormon səviyyəsi bu xəbərin ev şəraitində hamiləlik testi ilə təsdiqi üçün kifayət etməlidir.4
Erkən hamiləlik əlamətləri insandan insana görə dəyişir. 5-ci həftədə hamiləliyin aşağıdakı əlamətlərindən hər hansı birini yaşaya bilərsiniz, ya da ümumiyyətlə müşahidə olunmaya bilər:
Döşləriniz böyüyə bilər və ağrı hiss edə bilərsiniz. Həmçinin döş gilələrinizin həmişəkindən daha çox çıxdığını və rənginin tündləşdiyini görə bilərsiniz, bununla vücudunuz əmizdirməyə hazırlıq dönəminə başlayır.
İlk 12 həftə ərzində baş verən hormonal dəyişikliklər səbəbindən özünüzü yorğun və əldən düşmüş hiss edə bilərsiniz.
Səhər ürəkbulanması hamiləliyin birinci rübündə ana olmağa hazırlaşanların 80%-ə təsir edir.6 Bu, günün istənilən vaxtında tuta bilər və gün ərzində yüngül ürəkbulanmadan qusmaya qədər dəyişə bilər.
Hamiləlik hormonu proqestron həzm prosesini yavaşladır və bu, köpməyə və qaz artıqlığına səbəb ola bilər.7
Yüngül sancılar və qanlı ifrazatın yaranması hamiləliyin erkən mərhələlərində geniş bilinən haldır.8,9 Əgər ağrı şiddətli olarsa (menstruasiya sancısından daha ağrılı) və ya qanaxma kəskinləşərsə, terapevtinizə müraciət edin.
Ayaqyoluna tez-tez getmək erkən hamiləlik dövründə geniş yayılan əlamətlərdəndir, belə ki, böyüyən uşaqlıq boşluğu sidik kisəsinə təzyiq göstərir.
Hamiləlik hormonları estroqen və proqesteron hamiləliyin ilk 12 həftəsində yüksəlməklə sizin emosional vəziyyətinizə təsir edir.10 Özünüzü gümrah hiss etməyiniz üçün çoxlu dincəlin və yüngül idman hərəkətləri edin.
Sağlam və balanslaşdırılmış pəhriz körpənizi ehtiyac duyduğu A vitamini ilə təmin etməlidir. A vitamini çatışmazlığı riski daha çox qidalanmanın problem olduğu inkişaf etməkdə olan ölkələrdə yayılıb.
Qara ciyər, qara ciyər paşteti kimi A vitamini ilə zəngin qidalardan, hamiləlik üçün nəzərdə tutulmayan əlavələrdən uzaq durmaq lazımdır.12 Əgər multivitamin qəbul edirsinizsə, sizin və körpənizin ehtiyaclarına uyğunlaşdırılmış doğuş öncəsi multivitaminlərə keçid edin.
A vitamin hüceyrələrin, dərinin, görmə sağlamlığının, immun sisteminin və dölün böyüməsi üçün gərəklidir.13 O, iki formada mövcud olur: Heyvan mənşəli ərzaqlarda retinol kimi və parlaq rəngli meyvə və tərəvəzlərin tərkibində olan və orqanizmin A vitamininə çevirə bildiyi karotenoidlər kimi.
Hamiləlikdə dövründə çəkinin artması hamiləlikdən əvvəlki çəkinizdən asılıdır və anadan anaya görə böyük ölçüdə dəyişir. Əksər qadınların çəkisi hamiləlik dövründə 10-12,5 kq artır və bunun bir hissəsini böyüyən uşağın çəkisi təşkil edir.13
Son baxış: 23 oktyabr 2019
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Zəhmət olmasa, əvvəlcə bu vacib xəbərdarlığı oxuyun
“Davam” düyməsini sıxmaqla Nutrilon uşaq südləri və digər məhsullarla bağlı məlumatları görə biləcəksiniz. Davam etməyi seçdikdə NutriciaClub-ın məlumatları sizə informasiya məqsədli şəxsi tələbiniz əsasında təqdim etdiyi ilə razılaşırsınız. Zəhmət olmasa, uşağınızı südlərlə qidalandırma və ana südündən qatı qidalara keçirməklə bağlı məlumatlı seçim etmək üçün tibb mütəxəssisi ilə məsləhətləşin.
Ana südü ilə qidalanma körpələr üçün ən xeyirlisidir və körpələrə çoxsaylı faydası var. Əmizdirməyə hazırlaşarkən və ya əmizdirmə dövründə sağlam qidalanmaq və balanslaşdırılmış pəhriz çox vacibdir. Körpənin həyatının ilk həftələrində qarışıq qidalanması və butulka ilə qidalanması ana südü ehtiyatlarının azalmasına gətirib çıxara bilər və imtinadan sonra ana südü ilə qidalanmaya qayıtmaq çətin ola bilər. Uşaq südünün istifadəsi zamanı sosial və maddi nəticələrin olmasını nəzərə almaq lazımdır.
Uşaq südünün, digər qida məhsullarının və ya qidalanma metodlarının yanlış istifadəsi sağlamlıq üçün təhlükəli ola bilər. Sağlamlığa ziyan verməmək üçün uşaq qidalarının hazırlanması və yedizdirilməsi təlimatlarına ciddi əməl etmək lazımdır.