Ana südündən ayırmaq nədir? Təlimat və tövsiyələr

Yemək, möhtəşəm yemək

Ana südündən ayırmaqla bağlı bilməli olduğunuz hər şey

Körpəniz həyatının ilk ilində qalan bütün dövrlərə nisbətən daha sürətlə böyüyəcək. Bu intensiv böyümə dövründə onun qidalanma ehtiyacları təbii olaraq dəyişir, inkişaf edir və təxminən 6 ayında yalnız süddən ibarət olan qidalanma böyümə üçün kifayət edən enerjini və ya dəmir kimi vacib mineralları təmin etməyəcək. Körpənizin daha çoxunu qəbul etməyə hazır olduğunu bildirən əlamətləri öyrənin və qatı yeməklərə başladığınız ilk günlər üçün ana südündən ayırmaqla bağlı tövsiyələrimizi oxuyun.

parenting icon circle

Parlaq gələcək buradan başlayır

Körpənizin gələcəyinin formalaşmasına kömək etmək üçün onun inkişafı barədə daha çox öyrənin

Körpəm yeməyi necə öyrənməlidir?

Qatı qidaları yeməyi öyrənmək tədrici prosesdir. İlk addım onun hazır olduğunu göstərən işarələri bilməkdir.

Təxminən 6 ayında körpəniz, çox güman ki, dəstək göstərməklə oturmağı bacaracaq, baş hərəkətlərinə daha çox nəzarət edə və daha güclü əmə biləcək. Körpənizin “dil itələmə refleksi” (boğazının arxa hissəsinin stimulyasiyası zamanı dili irəli itələmək) və öyümə refleksi daha az müşahidə olunur və qidaları udmasına imkan verir, buna görə də adətən bu dövr ana südündən ayırmaq üçün ideal vaxt hesab olunur.

Tələsməyə ehtiyac yoxdur. Bu mərhələdə körpəniz qidalandırıcı maddələrin böyük hissəsini ana südü və ya südlü qatışıqdan alacaq.

Haradan başlayım?

Qatı yeməkləri ilk dəfə təqdim edəndə, körpənizin sakit və ayıq-sayıq olduğu vaxtı seçin, hər cür qarışıqlıqdan baş çıxarmaqla bərabər, onun kəşf etməsinə və eksperimentlərinə icazə verməyiniz üçün kifayət qədər vaxtınız var. O, çox ac, çox yorğun olanda və ya həmişəki südünü gözləyəndə qatı yeməklər verməməyə çalışın, çünki bu onu qüssələndirə bilər.

İlk əvvəllər körpənizin yeməyi dili ilə ağzından itələdiyini müşahidə edə bilərsiniz. Bu, yeməyi xoşlamadığı mənasına gəlmir. Bu vaxta qədər körpəniz yalnız mayelərlə rastlaşmışdı, indi isə daha qatı yeməkləri ağzına almağı və udmağı öyrənməlidir. Bir çox cəhdlər yenidən geri gələ bilər. Məyusedici və qarışıq hal olsa da, bunların hamısı yemək yeməyi öyrənməyin bir parçasıdır və bu bacarıqlar nitq inkişafı üçün də vacibdir.

Körpəniz davamlı olaraq yeməkləri rədd edirsə, bu, ana südündən ayrılmağa hələ hazır olmadığı mənasına gələ bilər, buna görə də dayanın və başqa gün yenidən cəhd edin.

Körpənizin ağzındakı yeməyin dadına və hissinə alışması bir qədər vaxt alacaq və ilk əvvəllər ana südündən ayırma daha çox cəhdlər, səhvlər və dözümlülük göstərməklə yadda qalır. Bir qaşığın ucunda püre halına salınmış yeməkləri verməklə başlayın. Başlanğıc üçün bir və ya iki çay qaşığı kifayətdir. Körpəniz tezliklə ağzında kiçik yemək kütləsini yığmağı və onu udmaq üçün ağzının arxasına aparmağı öyrənəcək.

Körpəniz daha qatı qidaları yeməyi öyrənərkən bəzən öskürə, titrəyə və öyüyə bilər. Əslində öyümək yeməyi nəfəs yolundan uzaqlaşdırmağa kömək edən təbii refleksdir. Bunların hamısı qatı qidaları yeməyi öyrənməyin bir hissəsidir və körpəniz yemək yeməkdə daha məharətli olduqca azalacaq.

Körpəniz yeməyə vərdiş etdikcə hər gün iki-üç fərqli yeməkdən zövq alana qədər verdiyiniz qidaların miqdarını və növünü tədricən artıra bilərsiniz. Körpəniz daha həvəsli görünürsə, daha çoxunu təklif edə bilərsiniz.

baby holding carrot

Körpənizin müəyyən seçimlərini çox erkən vaxtlardan müşahidə edə bilərsiniz. Ən çox xoşladıqlarını dəfələrlə təklif etmək cazibəli gələ bilər, amma ana südündən ayırma zamanı yediyi meyvə və tərəvəzlərin geniş çeşidi nə qədər çoxdursa, yeriməyə başladığı ərəfədə çeşidli pəhriz ilə qidalanma ehtimalı da bir o qədər çoxdur.

Yaddan çıxarılmamalıdır ki, körpənizin yeni qidanı qəbul etməsi üçün bir neçə cəhdə ehtiyacı olacaq, bəzən nəyisə bəyənənə qədər 8-10 dəfə dadması lazım gələ bilər. Buna görə də əgər hansısa qidanı ilk dəfədən qəbul etməsə, cəhd göstərməyə davam edin.

Hər gün bir dad qarışığının əlinizin altında hazır olması üçün püre hazırlayıb onu buz qabında dondura bilərsiniz.

Ana südündən ayırma zaman və səbr tələb edir. Yeməyi öyrənmək döşdən və ya şüşə qabdan süd əmməkdən çox fərqlənir.

7-12-ci aylarda yeni dadları və teksturaları kəşf etmək

Körpəniz böyüdükcə yeməklərinin ardıcıllığı, tərkibi və çeşidi dəyişməlidir. Körpəniz tezliklə dişləməyi və çiynəməyi, qaşıq tutmağı və nəhayət özü yeməyi öyrənəcək, odur ki, bu mərhələ onu çeşidli, balanslı pəhrizə həvəsləndirmək, uşaqlıq dövründə və ondan sonra da davam edəcək sağlam qidalanma vərdişlərinin təməlini qoymaq üçün əla imkandır.

Bu yaşda körpəniz qaşıqla yumşaq qidanı yeməyi öyrəndikdən sonra qatı yeməkləri yumşaq püre halına gətirərək vermək barədə düşünə bilərsiniz. Körpəniz özü də götürüb yeyə bilər, odur ki, bişmiş kök çubuqları və ya tostlar kimi “barmaq qidalarını” təklif edin.

Bu mərhələ həmçinin dəmir kimi bəzi vacib vitamin və minerallarla zəngin qidalarla tanış olmağın vaxtıdır. Körpənizə ət, balıq, lobya, yumurta (həm ağı, həm də sarısı bərk hala gələcək qədər bişmiş), yumşaq fındıq yağı, meyvə və tərəvəzlər kimi geniş çeşiddə püre və əzilmiş qidalar təklif edin. Kartof, düyü, makaron və kuskus kimi nişastalı qidaları da pəhrizinə daxil edin. Qatıq, pendir, bişmiş krem kimi tam yağlı süd məhsulları ana südündən ayırma dövrü üçün ideal qidalardır, amma yadda saxlayın ki, ana südü və ya südlü qarışıq körpənizin ən azı bir yaşına qədər onun əsas süd içkisi olmalıdır.

Öz qidalanmağınıza bənzər, amma duz və şəkər əlavə edilməmiş sağlam, balanslaşdırılmış pəhrizi qarşınıza məqsəd qoyun. Ət, balıq, yumurta, lobya, yumşaq fındıq yağı, meyvə və tərəvəzlər kimi proteinlə zəngin; düyü, sıyıq, çörək və makaron kimi nişastalı kadbohidratlarla zəngin qidaları və kalsiumla zəngin süd məhsullarını da daxil edin.

Körpənin idarə etdiyi ana südündən ayırma prosesi

Ana südündən ayırmanı körpənin idarə etməsi Gill Rapleyin 2008-ci ildə çap olunmuş kitabından sonra məşhurluq qazandı. Bu nəzəriyyə ona əsaslanır ki, qatı qidalar təqdim edilərkən körpələr anaların az köməyi olmaqla və ya heç bir köməyi olmadan özləri yeməsinə təşviq edilməlidirlər. Adətən bura buxarda bişirilmiş kök və brokkoli kimi “barmaq qidaları” daxil edilir.

Körpənin idarə etdiyi ana südündən ayırma prosesinin müxtəlif üstünlükləri olsa da, biz pürelərlə başlamağı tövsiyə edirik. Müxtəlif çeşidli daha yumşaq pürelərlə başlamaq körpənin ehtiyac duyduğu geniş çeşiddə qidalandırıcıları təmin etmək üçün təhlükəsiz və effektiv üsuldur. Mütəxəssislər bu tövsiyəni dəstəkləyir.

Bununla belə, körpənizə qatı yeməkləri verməyi seçirsinizsə, doyması barədə verdiyi işarələrə diqqət etməyiniz vacibdir. Bu işarə onun başını qaçırması və ya sadəcə ağzını açmaması ola bilər.

Körpəniz “barmaq qidalarına” keçid etdikdə özü yeməsini və əl-ağız koordinasiyasından istifadə etməyi sınaqdan keçirə bilər.

  1. NHS UK. Weaning your baby [Online]. 2011. Available at: www.nhs.uk/ipgmedia/national/british%20nutrition%20foundation/assets/weaningyourbaby.pdf [Accessed July 2014]
  2. NHS UK. What to feed young children [Online]. 2014. Available at: www.nhs.uk/conditions/pregnancy-and-baby/pages/understanding-food-groups.aspx [Accessed July 2014]
  3. Wright CM et al. Matern Child Nutr 2011;7(1):27-33.
  4. Farrell E. Paediatric Group of the British Dietetic Association. Weaning your Child [Online]. 2011. Available at: https://www.bda.uk.com/uploads/assets/cc3a409f-e774-4e60-a05b22071a9eb4fd/Weaning-food-fact-sheet.pdf [Accessed March 2021]
  5. Nicklaus S (2011) Childrens acceptance of new foods at weaning. Role of practices of weaning and of sensory food properties. Appetite 57: 812-815

Son baxış: 5 sentyabr 2016

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x