Sualınız var?
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Oxuma müddəti: 4 dəqiqə
3-cü ay (1-ci rüb)
Körpənizin beyni inkişafını davam etdirir.
Əgər siz hələ də bunu etməmisinizsə, 12-ci həftə müayinəsinə yazılmağın vaxtıdır.
Hamiləliyin 12-ci həftəsində körpəniz təkcə son üç həftədə iki dəfə böyüyərək1 təxminən 6 sm-ə çatıb, təxminən gavalı boyda. Təəccüblü olsa da, körpəniz artıq tam formalaşıb, həyati vacib orqanları, sümükləri və əzələləri yerindədir, hamısı növbəti aylarda böyüməyə və təkmilləşməyə hazırdır.2
Körpənizin başı hələ də bədəni ilə müqayisədə böyükdür, amma kifayət qədər aydın üz cizgiləri var və hələ bir müddət qapalı qalsa da, göz qapaqları görünür.3 Onun ağzında diş ətinin içində sonda süd dişlərinə çevriləcək 20 ədəd kiçik tumurcuq var.4
Çox güman ki, hamiləyin 12-ci həftəsində ilk ultrasəs müayinənizi etdirəcəksiniz.
Hamiləliyin müdətinin təyini üçün ultrasəs müayinəsi kimi bilinən bu cihaz ginekoloqunuzda körpənizin dünyaya gəlməsi tarixi barədə daha dəqiq təsəvvürün yaranmasına imkan verir. Adətən analar bu vaxtlarda körpəsi barədə xəbərləri öz ailəsi, dostları və ətrafı ilə bölüşür.
Hamiləliyin 12-ci həftəsində qarnınızın böyüdüyünü görə bilərsiniz, hərçənd ki, bu, heç də hamı üçün keçərli deyil.
Erkən hamiləlik əlamətləri insandan insana görə dəyişir. 12-ci həftədə hamiləliyin aşağıdakı əlamətlərindən hər hansı birini yaşaya bilərsiniz, ya da ümumiyyətlə müşahidə olunmaya bilər
Döşləriniz böyüyə bilər və ağrı hiss edə bilərsiniz. Həmçinin döş gilələrinizin həmişəkindən daha çox çıxdığını və rənginin tündləşdiyini görə bilərsiniz, bununla vücudunuz əmizdirməyə hazırlıq dönəminə başlayır.
İlk 12 həftə ərzində baş verən hormonal dəyişikliklər səbəbindən özünüzü yorğun və əldən düşmüş hiss edə bilərsiniz.
Səhər ürəkbulanması hamiləliyin birinci rübündə ana olmağa hazırlaşanların 80%-ə təsir edir.6 Bu, günün istənilən vaxtında tuta bilər və gün ərzində yüngül ürəkbulanmadan qusmaya qədər dəyişə bilər.
Hamiləlik hormonu proqestron həzm prosesini yavaşladır və bu, köpməyə və qaz artıqlığına səbəb ola bilər.7
Yüngül sancılar və qanlı ifrazatın yaranması hamiləliyin erkən mərhələlərində geniş bilinən haldır.8,9 Əgər ağrı şiddətli olarsa (menstruasiya sancısından daha ağrılı) və ya qanaxma kəskinləşərsə, terapevtinizə müraciət edin.
Ayaqyoluna tez-tez getmək erkən hamiləlik dövründə geniş yayılan əlamətlərdəndir, belə ki, böyüyən uşaqlıq boşluğu sidik kisəsinə təzyiq göstərir.
Hamiləlik hormonları estroqen və proqesteron hamiləliyin ilk 12 həftəsində10 yüksəlməklə sizin emosional vəziyyətinizə təsir edir. Özünüzü gümrah hiss etməyiniz üçün çoxlu dincəlin və yüngül idman məşqləri edin.
Omeqa 3 və 6 yağ turşuları körpənizin beyninin sağlam inkişafını dəstəkləyir və yalnız sizin qidalanmağınızdan əldə edilə bilər.11 Əmin olun ki, pəhrizinizə Omeqa-3 ilə zəngin mənbələri daxil etməyiniz körpənizin sağlam inkişafı üçün yaxşı başlanğıc olacaq.
Omeqa-3 və 6 birlikdə LCP-lər adlanan iki növ uzun zəncirli doymamış yağ turşularıdır. Omeqa-3 LCP-lərindən biri, qısa olaraq DHA kimi bilinən dokozageksaen turşusu körpənizin beyninin inkişafını dəstəkləyir.13 O, həmçinin körpənizin gözlərinin normal inkişafını dəstəkləyir və doğuşdan sonrakı, xüsusən də körpənizin ilk ilində görməsinin normal inkişafında iştirak edir.
Körpənizin beyin inkişafına dəstək vermək üçün gündəlik olaraq 200 mq DHA qəbul etməyə çalışın. Yağlı balıqlar əla mənbədir və həftədə 1-2 porsiya yağlı balıq yemək sizi və körpənizi kifayət qədər DHA ilə təmin edəcək. Bununla belə, tərkibində ola biləcək toksinlər səbəbindən həftədə iki porsiyadan artıq yeyilməsi tövsiyə olunmur. Yağlı balıq yemədiyiniz halda digər Omeqa-3 yağlarının sağlam qəbulu üçün bir ovuc qabıqlı çərəz yeyin və ya günə bir kasa tam buğda sıyığı ilə başlayın.
Hamiləlikdə dövründə çəkinin artması hamiləlikdən əvvəlki çəkinizdən asılıdır və anadan anaya görə böyük ölçüdə dəyişir. Əksər qadınların çəkisi hamiləlik dövründə 10-12,5 kq artır və bunun bir hissəsini böyüyən uşağın çəkisi təşkil edir.13
Son baxış: 23 oktyabr 2019
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Zəhmət olmasa, əvvəlcə bu vacib xəbərdarlığı oxuyun
“Davam” düyməsini sıxmaqla Nutrilon uşaq südləri və digər məhsullarla bağlı məlumatları görə biləcəksiniz. Davam etməyi seçdikdə NutriciaClub-ın məlumatları sizə informasiya məqsədli şəxsi tələbiniz əsasında təqdim etdiyi ilə razılaşırsınız. Zəhmət olmasa, uşağınızı südlərlə qidalandırma və ana südündən qatı qidalara keçirməklə bağlı məlumatlı seçim etmək üçün tibb mütəxəssisi ilə məsləhətləşin.
Ana südü ilə qidalanma körpələr üçün ən xeyirlisidir və körpələrə çoxsaylı faydası var. Əmizdirməyə hazırlaşarkən və ya əmizdirmə dövründə sağlam qidalanmaq və balanslaşdırılmış pəhriz çox vacibdir. Körpənin həyatının ilk həftələrində qarışıq qidalanması və butulka ilə qidalanması ana südü ehtiyatlarının azalmasına gətirib çıxara bilər və imtinadan sonra ana südü ilə qidalanmaya qayıtmaq çətin ola bilər. Uşaq südünün istifadəsi zamanı sosial və maddi nəticələrin olmasını nəzərə almaq lazımdır.
Uşaq südünün, digər qida məhsullarının və ya qidalanma metodlarının yanlış istifadəsi sağlamlıq üçün təhlükəli ola bilər. Sağlamlığa ziyan verməmək üçün uşaq qidalarının hazırlanması və yedizdirilməsi təlimatlarına ciddi əməl etmək lazımdır.