Sualınız var?
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Oxuma müddəti: 2 dəqiqə
Mayalanmanın baş verməsi üçün ən yaxşı vaxtı bilmək istəyirsinizsə, menstruasiya tsiklini və ehtimal olunan ovulyasiya vaxtını bilməyiniz vacibdir.
Ovulyasiya adətən mentruasiya başlamamışdan iki həftə əvvəl olur1 və bu vaxta qədərki günlərdə cinsi əlaqədə çox olmusunuzsa, hamilə qalmaq ehtimalınız yüksəkdir.
Bizim ovulyasiya kalkulyatoru fertilliyinizin (mayalanma qabiliyyəti) ən yüksək olacağı vaxtı müəyyənləşdirməyinizə kömək edəcək.
Son menstruasiyanın ilk gününün tarixi?
Menstruasiya dövrəniz neçə gün təşkil edir?
gün
Bu kalkulyator sizdə ovulyasiyanın nə vaxt baş verə biləcəyi barədə təqribi təsəvvür yaradacaq. Daha dəqiq göstəricilər üçün ovulyasiyanın ümumi əlamətlərini, temperatur qrafikinizin necə kömək edə biləcəyini və ovulyasiya testi alətlərinin necə işlədiyini öyrənin.
Ortalama menstruasiya tsikli 28 gün davam edir. Tsiklin birinci günü aybaşı dövrünüzün ilk günüdür.
Tsiklin ortasında (adətən 13-15-ci gün arasında) yumurtalığınızdan ayrılan yumurta uşaqlıq borusu vasitəsilə uşaqlığınıza gedir. Bu proses ovulyasiya kimi bilinir. Yumurtalığınız eyni zamanda estrogen hormonu ayırır və bu, mayalanmış yumurtanı qəbul etməyə hazırlaşan uşaqlıq boşluğunuzun divarının qalınlaşmasına səbəb olur.
Yumurta ayrıldıqdan sonra təxminən 12-24 saat yaşayır. Hamilə qalmağınız üçün sperma bu müddət ərzində yumurtanı mayalandırmalıdır. Sperma vücudunuzda 7 günə qədər yaşaya bilər.
Əgər yumurta uşaqlıq borusundan keçərkən mayalanarsa, uşaqlıq divarına yapışır. Burada sizin embrion böyüyərək körpəyə çevriləcək.
Yumurta mayalanmasa, dağılır. Sizdə estroqen səviyyəsi düşəcək və bu, uşaqlıq divarının pozulmasına səbəb olur. Daha sonra bunlar menstruasiya zamanı vücudunuzu tərk edir.
Doğuş kalkulyatorumuzdan körpə simptomları yoxlayıcısına qədər praktiki alətlər
Ovulyasiya yaxınlaşarkən bəzi fiziki dəyişikliklər hiss edə bilərsiniz. Bunlara aiddir:
Nizamsız menstruasiya zamanı sizdə ovulyasiyanın nə zaman olacağını proqnozlaşdırmaq çox çətindir. Əgər ovulyasiya ərəfəsində cinsi əlaqəyə girməni hesablaya bilmirsinizsə, onda tsikl ərzində 2-3 gündən bir cinsi əlaqədə olmaq kömək edə bilər.
Nutricia tərəfindən dəstəklənir
Ovulyasiyadan əvvəl bədəninizin temperaturu bir qədər düşə bilər. Ovulyasiyadan sonra isə təxminən 0,2°C yüksəlir.2 Hər səhər yatağınızdan qalxmamışdan (hətta danışmamışdan) əvvəl xüsusi təməl bədən termometri (böyük aptek və supermarketlərdən əldə edə bilərsiniz) vasitəsilə təməl bədən temperaturunuzu (dincələn zaman bədənin temperaturu) ölçməyiniz fertilliyinizin ən yüksək olduğu vaxtı təyin etməyə kömək edə bilər. Hərarətinizin yüksəlməsindən bir neçə gün əvvəl ovulyasiyanın baş verdiyi tarixi göstərir.
Ovulyasiya testi alətləri sizdə ovulyasiyanın nə vaxt baş verdiyini hesablamaq üçün digər vasitədir. Onlar ovulyasiyadan əvvəl sidik kisənizdə aşkar edilən lüteinləşdirici hormon (LH) səviyyəsinin yüksəlməsini yoxlamaq üsulu ilə işləyir.3 Siz onları böyük apteklər və ya supermarketlərdən əldə edə bilərsiniz.
1. NHS. (2014). How can I tell when I’m ovulating? Available from: https://www.nhs.uk/chq/Pages/982.aspx?CategoryID=50[Accessed July 2015]
2. Fertility Education & Training. (2011). Charting your fertility cycle. http://www.fertilityet.org.uk/pdfs/Charting-Your-Fertility-Cycle.pdf[Accessed July 2015]
3. Patient. (2015). Natural family planning. http://patient.info/health/natural-family-planning [Accessed July 2015]
Son baxış: 23 sentyabr 2019
Zəhmət olmasa, əvvəlcə bu vacib xəbərdarlığı oxuyun
“Davam” düyməsini sıxmaqla Nutrilon uşaq südləri və digər məhsullarla bağlı məlumatları görə biləcəksiniz. Davam etməyi seçdikdə NutriciaClub-ın məlumatları sizə informasiya məqsədli şəxsi tələbiniz əsasında təqdim etdiyi ilə razılaşırsınız. Zəhmət olmasa, uşağınızı südlərlə qidalandırma və ana südündən qatı qidalara keçirməklə bağlı məlumatlı seçim etmək üçün tibb mütəxəssisi ilə məsləhətləşin.
Ana südü ilə qidalanma körpələr üçün ən xeyirlisidir və körpələrə çoxsaylı faydası var. Əmizdirməyə hazırlaşarkən və ya əmizdirmə dövründə sağlam qidalanmaq və balanslaşdırılmış pəhriz çox vacibdir. Körpənin həyatının ilk həftələrində qarışıq qidalanması və butulka ilə qidalanması ana südü ehtiyatlarının azalmasına gətirib çıxara bilər və imtinadan sonra ana südü ilə qidalanmaya qayıtmaq çətin ola bilər. Uşaq südünün istifadəsi zamanı sosial və maddi nəticələrin olmasını nəzərə almaq lazımdır.
Uşaq südünün, digər qida məhsullarının və ya qidalanma metodlarının yanlış istifadəsi sağlamlıq üçün təhlükəli ola bilər. Sağlamlığa ziyan verməmək üçün uşaq qidalarının hazırlanması və yedizdirilməsi təlimatlarına ciddi əməl etmək lazımdır.
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.