Sualınız var?
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Oxuma müddəti: 4 dəqiqə
2-ci ay (1-ci rüb)
Körpənizin üz cizgiləri daha aydın olmağa başlayır.
Sinkin körpənizin hüceyrələrini necə dəstəklədiyini və hansı qidaların yaxşı mənbə olduğunu kəşf edin.
Hamiləliyin 8-ci həftəsində körpəniz təxminən 1,6 sm uzunluğunda olacaq.1 Bu mərhələdə körpənizin yenicə formalaşmış çənə sümüyü onun balaca ağzına daha aydın forma verir və iki dəliyə malik burun ucu da görünməyə başlayır.2
Daxildə isə qığırdaq sümük hüceyrələri və oynaqlar ilə əvəzlənir, ayaqlar uzanır, amma dizləri, ayağın aşağı və yuxarı hissələrini görmək hələ tezdir.3
İnanılmaz olsa da, əzələləri fəaliyyətə başladığı üçün o, artıq kiçik, qəfil hərəkətlər etməyə başlayıb. Bu hərəkətlərin hiss edəcəyiniz dərəcədə güclü olması üçün hələ bir neçə həftə gözləmək lazım gələcək.2
Körpənizin gələcəyinin formalaşmasına kömək etmək üçün onun inkişafı barədə daha çox öyrənin
8-ci həftədə hamiləlik qarnının ilk əlamətlərini görə bilərsiniz, amma bu, heç də hamı üçün keçərli deyil.
Erkən hamiləlik əlamətləri insandan insana görə dəyişir. 8-ci həftədə hamiləliyin aşağıdakı əlamətlərindən hər hansı birini yaşaya bilərsiniz, ya da ümumiyyətlə müşahidə olunmaya bilər:
Döşləriniz böyüyə bilər və ağrı hiss edə bilərsiniz. Həmçinin döş gilələrinizin həmişəkindən daha çox çıxdığını və rənginin tündləşdiyini görə bilərsiniz, bununla vücudunuz əmizdirməyə hazırlıq dönəminə başlayır.
İlk 12 həftə ərzində baş verən hormonal dəyişikliklər səbəbindən özünüzü yorğun və əldən düşmüş hiss edə bilərsiniz.
Səhər ürəkbulanması hamiləliyin birinci rübündə ana olmağa hazırlaşanların 80%-ə təsir edir.4 Bu, günün istənilən vaxtında tuta bilər və gün ərzində yüngül ürəkbulanmadan qusmaya qədər dəyişə bilər.
Hamiləlik hormonu proqestron həzm prosesini yavaşladır və bu, köpməyə və qaz artıqlığına səbəb ola bilər.
Yüngül sancılar və qanlı ifrazatın yaranması hamiləliyin erkən mərhələlərində geniş bilinən haldır.8,9 Əgər ağrı şiddətli olarsa (menstruasiya sancısından daha ağrılı) və ya qanaxma kəskinləşərsə, terapevtinizə müraciət edin.
Ayaqyoluna tez-tez getmək erkən hamiləlik dövründə geniş yayılan əlamətlərdəndir, belə ki, böyüyən uşaqlıq boşluğu sidik kisəsinə təzyiq göstərir.
Hamiləlik hormonları estroqen və proqesteron hamiləliyin ilk 12 həftəsində yüksəlməklə sizin emosional vəziyyətinizə təsir edir8. Özünüzü gümrah hiss etməyiniz üçün çoxlu dincəlin və yüngül idman hərəkətləri edin.
Səhər ürəkbulanması hamiləlik dövründə hər üç qadından ikisinə təsir edir. O, gündüz və ya gecə, fərq etməz, istənilən vaxt üzə çıxa bilər və 8-ci həftədə ən pis dərəcədə olur. 16-20-ci həftələr arasında anaların çoxu əlamətlərin zəiflədiyini hiss edərək rahatlaşır.
Bəzi analar səhər ürəkbulanmasını birinci rübdən sonra da hiss edirlər, öyümə isə bütün hamiləlik boyu gəlib-gedə bilər.
Yaxşı gecə yuxusu alın və gün ərzində doyunca istirahət edin.
Yataqdan qalxmazdan əvvəl bir ədəd quru kreker, tost və ya adi peçenye yeyin.
Mədənizdə nəyinsə olması üçün az-az, amma vaxtaşırı yeyin.
Bol maye için.
Əgər içmək sizə çətindirsə, meyvəli buz, buz kubları yalayın və ya mədənizin maye balansını saxlaması üçün sadəcə bir qurtum nəsə için.
Zəncəfili təzə dəmlənmiş çay və ya alkoqolsuz zəncəfil pivəsi ilə öz pəhrizinizə daxil edin.
Səyahət qolbağından istifadə edin. O, biləyə akupunktur nöqtəyə təzyiq edəcək şəkildə bağlanılır.
Sink hamiləlik dövründə əhəmiyyətli rol oynayır. Sink qəbulunu artırmaq üçün aşağıdakı qidaları pəhrizinizə daxil etməyə çalışın:
Sink orqanizmi hüceyrələr səviyyəsində dəstəkləyir; hüceyrələrin formalaşması, bölünməsi və qorunmasından əlavə, normal immun sistemi funksiyası və görmədə də rol oynayır. O, eyni zamanda normal koqnitiv inkişaf, qadın məhsuldarlığı və sümüklərin sağlamlığını da dəstəkləyir.10 Sağlam, balanslaşdırılmış pəhriz, çox güman ki, ehtiyacınız olan sink miqdarını təmin edəcək.11 Doğuş öncəsi multivitaminlərin çoxunun tərkibində yüksək miqdarda sink olsa da, qida mənbələri vasitəsilə də qəbul etmək faydalıdır. Uşaq doğurmaq yaşında olan qadınlar üçün tövsiyə edilən miqdar gündə 7 mq-dır.12
Hamiləlikdə dövründə çəkinin artması hamiləlikdən əvvəlki çəkinizdən asılıdır və anadan anaya görə böyük ölçüdə dəyişir. Əksər qadınların çəkisi hamiləlik dövründə 10-12,5 kq artır və bunun bir hissəsini böyüyən uşağın çəkisi təşkil edir.13
Son baxış: 23 sentyabr 2019
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Zəhmət olmasa, əvvəlcə bu vacib xəbərdarlığı oxuyun
“Davam” düyməsini sıxmaqla Nutrilon uşaq südləri və digər məhsullarla bağlı məlumatları görə biləcəksiniz. Davam etməyi seçdikdə NutriciaClub-ın məlumatları sizə informasiya məqsədli şəxsi tələbiniz əsasında təqdim etdiyi ilə razılaşırsınız. Zəhmət olmasa, uşağınızı südlərlə qidalandırma və ana südündən qatı qidalara keçirməklə bağlı məlumatlı seçim etmək üçün tibb mütəxəssisi ilə məsləhətləşin.
Ana südü ilə qidalanma körpələr üçün ən xeyirlisidir və körpələrə çoxsaylı faydası var. Əmizdirməyə hazırlaşarkən və ya əmizdirmə dövründə sağlam qidalanmaq və balanslaşdırılmış pəhriz çox vacibdir. Körpənin həyatının ilk həftələrində qarışıq qidalanması və butulka ilə qidalanması ana südü ehtiyatlarının azalmasına gətirib çıxara bilər və imtinadan sonra ana südü ilə qidalanmaya qayıtmaq çətin ola bilər. Uşaq südünün istifadəsi zamanı sosial və maddi nəticələrin olmasını nəzərə almaq lazımdır.
Uşaq südünün, digər qida məhsullarının və ya qidalanma metodlarının yanlış istifadəsi sağlamlıq üçün təhlükəli ola bilər. Sağlamlığa ziyan verməmək üçün uşaq qidalarının hazırlanması və yedizdirilməsi təlimatlarına ciddi əməl etmək lazımdır.