Sualınız var?
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
9-cu ay (3-cü rüb)
Hamiləliyin 40-cı həftəsində körpəniz tam inkişaf edib və doğuşa hazırdır. Bundan sonra onun bəslənməsi ana südü vasitəsilə sizin qidalanmağınıza bağlı olacaq, odur ki, hamiləlik boyu alışdığınız sağlam qidalanma vərdişlərini davam etdirməyiniz vacibdir. LCP-lərin (uzun zəncirli doymamış yağ turşuları) sağlam əmizdirmək pəhrizinin önəmli hissəsi olması və onları necə qəbul etməyiniz barədə öyrənin.
40-cı həftədə körpənizin inkişafı
Son 40 həftə ərzində körpəniz bir hüceyrədən başlayaraq inkişaf etməklə yaxşı formalaşmış, unikal və imkanlarla dolu gözəl kiçik insana döndü.
Doğuş ərəfəsində körpənizin boyu başından büzdüm sümüyünə qədər təxminən 37 sm, çəkisi isə təxminən ortalama doğuş çəkisinə yaxın – 3370 qramdır, bunun 15%-i isə yağlardan ibarətdir.1 Doğularkən onun 70-dən çox refleksi artıq işləyir və reaksiya verir, uşaqlıq boşluğunuzda aylardır səsinizi eşitməsi nəticəsində isə indi onu tanıya biləcək.1
Körpəniz doğulan kimi cift uşaqlıq boşluğunuzdan ayrılacaq və körpənizdən bir az sonra onun xaric olmasına kömək üçün yüngül təkana ehtiyac olacaq. Bu ətli, oval formalı orqanın işi artıq başa çatıb və göbək bağı da körpəniz müstəqil nəfəs almağa başlayan kimi öz işini başa vuracaq.1
Əgər körpəniz hələ dünyaya gəlmək əlamətlərini göstərmirsə, ruhdan düşməməyə çalışın. Təxminən 50% hamiləlik 40-cı həftədən sonra da davam edir. Normal, sağlam hamiləlik yaşadığınız halda, həkimlərin çoxu 42-ci həftəyə qədər davam etməsinə imkan verir.2
Dünya üzrə 700.000-dən çox gələcək ana və yeni valideynlərə qoşulun.
Uzun zəncirli doymamış yağ turşuları (onlar birlikdə LCP-lər adlanır) müəyyən qidalarda mövcud olan yağ qruplarıdır. AA (Omeqa-6) və DHA (Omeqa-3) də daxil olmaqla bir neçə müxtəlif LCP-lər mövcuddur və bunlar hamiləlik dövründə və əmizdirərkən ana südü vasitəsilə vücudunuzdan körpənizə ötürülür.
Xüsusən də DHA hamiləlik dövründə körpənizin beyninin sağlam inkişafını dəstəkləyir. Hamiləlikdən sonra DHA həyatlarının ilk ilində ana südü ilə qidalanan körpələrin beyin və gözlərinin sağlam inkişafını dəstəkləməyə davam edir.3
Körpənizi əmizdirərkən gündəlik dozadan əlavə 200 mq DHA qəbul etməyə çalışmalısınız. Skumbriya, sardina, təzə tunes balığı və qızılbalıq kimi yağlı balıqlar faydalı DHA mənbələridir. Ana südü ilə qidalanma zamanı həftəlik iki porsiya yeməyə davam edə bilərsiniz, bu, ehtiyacınızı qarşılamağa kifayət edər.
Əgər yağlı balıq yeməkdən xoşunuz gəlmirsə, qabıqlı çərəzlər, toxumlar, tünd yaşıl tərəvəzlər, raps yağı, tam buğda yarmalar və soya məhsulları kimi digər Omeqa-3 mənbələrini qəbul etdiyinizdən əmin olun.4 Amma bu qidalar Omeqa-3 yağlarını təmin etsələr də, orqanizminiz onları DHA çevirməkdə elə də effektiv deyil.4
DHA əlavələri mövcuddur, amma onlara ehtiyacınız olub-olmadığını ginekoloqunuz və ya terapevtinizlə məsləhətləşin.
Son baxış: 9 sentyabr 2016
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Zəhmət olmasa, əvvəlcə bu vacib xəbərdarlığı oxuyun
“Davam” düyməsini sıxmaqla Nutrilon uşaq südləri və digər məhsullarla bağlı məlumatları görə biləcəksiniz. Davam etməyi seçdikdə NutriciaClub-ın məlumatları sizə informasiya məqsədli şəxsi tələbiniz əsasında təqdim etdiyi ilə razılaşırsınız. Zəhmət olmasa, uşağınızı südlərlə qidalandırma və ana südündən qatı qidalara keçirməklə bağlı məlumatlı seçim etmək üçün tibb mütəxəssisi ilə məsləhətləşin.
Ana südü ilə qidalanma körpələr üçün ən xeyirlisidir və körpələrə çoxsaylı faydası var. Əmizdirməyə hazırlaşarkən və ya əmizdirmə dövründə sağlam qidalanmaq və balanslaşdırılmış pəhriz çox vacibdir. Körpənin həyatının ilk həftələrində qarışıq qidalanması və butulka ilə qidalanması ana südü ehtiyatlarının azalmasına gətirib çıxara bilər və imtinadan sonra ana südü ilə qidalanmaya qayıtmaq çətin ola bilər. Uşaq südünün istifadəsi zamanı sosial və maddi nəticələrin olmasını nəzərə almaq lazımdır.
Uşaq südünün, digər qida məhsullarının və ya qidalanma metodlarının yanlış istifadəsi sağlamlıq üçün təhlükəli ola bilər. Sağlamlığa ziyan verməmək üçün uşaq qidalarının hazırlanması və yedizdirilməsi təlimatlarına ciddi əməl etmək lazımdır.