Sualınız var?
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Hazırlıq müddəti: 5 dəqiqə. Porsiya: 2
Xlebçilər istədiyiniz hər şey üçün əla altlıq yaradır, onlar tez və asan hazırlanır, həm də vitamin və minerallarla zəngindir. Onlar ofisdə yeyiləsi çərəz kimi də idealdır.
Bu yemək: Şəkər azdır • liflər mənbəyidir • proteini yüksəkdir • D, B6, B12 vitaminləri, fosfor və maqnezium mənbəyidir • xloridi yüksəkdir
Hər porsiyanın tərkibi:
Qida dəyəri | Miqdarı | Qidalandırıcı qəbulu norması (%) |
---|---|---|
Enerji | 291 kkal | 15% |
Yağ | 16 q | 23% |
Doymuş yağ | 5.2 q | 26% |
Şəkər | 3.7 q | 4% |
Duz | 1.2 q | 20% |
Yağlı balıqlar ürək sağlamlığına kömək edə bilər,1 amma hamiləlik dövründə qızılbalıq kimi yağlı balıqların qəbulunu həftədə iki porsiya ilə məhdudlaşdırmaq lazımdır, çünki onların tərkibində kirləndiricilər ola bilər.2
Reseptin tərkibindəki allergenlər: qlüten, balıq, süd, küncüt. Qida dəyəri barədə bütün məlumatlar 100 qrama əsaslanır, amma diqqət edin ki, bu, tövsiyə edilən porsiya miqdarı deyil.
* Xlebçi: Sizdəki hormonal dəyişiklər səbəbindən yaranan qəbizliyin qarşısını almağa kömək edən lifli maddələri təmin edir3
* Qaymaqlı pendir: Körpənizin sümükləri və dişləri üçün vacib olan kalsiumu təmin edir4
* Hisə verilmiş qızılbalıq: Tərkibindəki DHA dölün beyin inkişafı üçün vacibdir5
* Mozzarella: Körpənizin sümükləri və dişləri üçün vacib olan kalsiumu təmin edir4
* Avokado: Tərkibində E vitamini var. Hamiləlik dövründə kifayət qədər E vitamini qəbul etmək körpənizin həyatının sonrakı illərində onun astma və respirator xəstəliklərə yoluxma ehtimalını azaldır6,7
Son baxış: 7 sentyabr 2018
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Zəhmət olmasa, əvvəlcə bu vacib xəbərdarlığı oxuyun
“Davam” düyməsini sıxmaqla Nutrilon uşaq südləri və digər məhsullarla bağlı məlumatları görə biləcəksiniz. Davam etməyi seçdikdə NutriciaClub-ın məlumatları sizə informasiya məqsədli şəxsi tələbiniz əsasında təqdim etdiyi ilə razılaşırsınız. Zəhmət olmasa, uşağınızı südlərlə qidalandırma və ana südündən qatı qidalara keçirməklə bağlı məlumatlı seçim etmək üçün tibb mütəxəssisi ilə məsləhətləşin.
Ana südü ilə qidalanma körpələr üçün ən xeyirlisidir və körpələrə çoxsaylı faydası var. Əmizdirməyə hazırlaşarkən və ya əmizdirmə dövründə sağlam qidalanmaq və balanslaşdırılmış pəhriz çox vacibdir. Körpənin həyatının ilk həftələrində qarışıq qidalanması və butulka ilə qidalanması ana südü ehtiyatlarının azalmasına gətirib çıxara bilər və imtinadan sonra ana südü ilə qidalanmaya qayıtmaq çətin ola bilər. Uşaq südünün istifadəsi zamanı sosial və maddi nəticələrin olmasını nəzərə almaq lazımdır.
Uşaq südünün, digər qida məhsullarının və ya qidalanma metodlarının yanlış istifadəsi sağlamlıq üçün təhlükəli ola bilər. Sağlamlığa ziyan verməmək üçün uşaq qidalarının hazırlanması və yedizdirilməsi təlimatlarına ciddi əməl etmək lazımdır.