Sualınız var?
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
9-cu ay (3-cü rüb)
Hamiləliyin 38-ci həftəsində körpənizin çəkisi təxminən 3175 qramdır. Bu ərəfədə körpələrin çoxu qarnın aşağı hissəsinə doğru hərəkət edir, doğuşun uzaqda olmadığı mənasını verən bu prosesə “yumşalma” da deyilir. Doğum evi çantanıza daxil edə biləcəyiniz sağlam çərəzlərlə bağlı təkliflərimizi oxuyun. Bu çərəzlər həm sizin, həm də körpəniz üçün fayda verəcək qidalandırıcı dəstək olacaq.
38-ci həftədə körpənizin inkişafı
Hamiləliyin 38-ci həftəsində çəkisi təxminən 3 kq1 olan körpəniz artıq tam inkişaf edib və doğuşa hazırdır.2 Hətta “yumşalma” kimi bilinən bu prosesdə körpəniz qarın boşluğunuza doğru daha dərinə hərəkət edə bilər. Bəzən bu, böyümüş qarnınızın bir qədər balacalaşması ilə görünsə də, bəzi gələcək analarda bu proses ancaq doğuşun başlanğıcında müşahidə olunur.1
Bu ərəfədə körpəniz hamiləliyin böyük bir hissəsində onun üçün izolyasiya rolunu oynayan lanuqo adlı yumşaq tük təbəqəsini artıq töküb. Bəzi körpələr kiçik ləkələr ilə doğula bilərlər, amma onlar da həyatlarının ilk günlərində və ya həftələrində tədricən yox olacaq.1
Körpənizin orqanizminin doğuşdan sonrakı həyata hazırlaşmasının başqa bir yolu da ağ ciyərlərində daha çox surfaktant olmasıdır. Bu maddə amniotik maye qəbulundan hava ilə nəfəs almağa keçərkən ağ ciyərlərdəki hava kisələrinin bir-birlərinə yapışmasının qarşısını alır.3
Dünya üzrə 700.000-dən çox gələcək ana və yeni valideynlərə qoşulun.
Körpənizin gəlişi yaxınlaşdıqca 38-ci həftə xəstəxana çantanızı hazırlamaq üçün əla vaxtdır. Şəxsi və lazımlı əşyalardan başqa doğuş əsnasında əlavə enerjiyə ehtiyacınız olacağı halda müxtəlif qidalandırıcı çərəzləri də özünüzlə götürməyiniz faydalıdır.
Böyük ehtimalla çox yemək istəmirsiniz, amma qidalandırıcı maddələri ilə zəngin bir qədər çərəz sizi gümrah saxlayar. Özünüzlə müxtəlif qidaları götürün; doğuş vaxtı özünüzü necə hiss edəcəyinizi və nə istəyəcəyinizi bilmirsiniz.
Susuz qalmamaq üçün özünüzlə bəzi içkiləri götürməyi də unutmayın. Rahat içilməsi üçün bəzi qadınlar idman içkiləri, su və ya meyvə şirəsini idman su qablarında götürürlər.
1. NHS UK. You and your baby at 37-40 weeks pregnant [Online]. 2015. Available at: www.nhs.uk/conditions/pregnancy-and-baby/pages/pregnancy-weeks-37-38-39-40.aspx [Accessed September 2016]
2. Deans A. Your New Pregnancy Bible, The experts’ guide to pregnancy and early parenthood. 4th ed. London: Carroll & Brown Publishers Limited, 2013. p. 49.
3. Murkoff H, Mazel S. What to Expect When You’re Expecting. 4th ed. London: Simon & Schuster Ltd, 2009. p. 337.
Son baxış: 9 sentyabr 2016
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Zəhmət olmasa, əvvəlcə bu vacib xəbərdarlığı oxuyun
“Davam” düyməsini sıxmaqla Nutrilon uşaq südləri və digər məhsullarla bağlı məlumatları görə biləcəksiniz. Davam etməyi seçdikdə NutriciaClub-ın məlumatları sizə informasiya məqsədli şəxsi tələbiniz əsasında təqdim etdiyi ilə razılaşırsınız. Zəhmət olmasa, uşağınızı südlərlə qidalandırma və ana südündən qatı qidalara keçirməklə bağlı məlumatlı seçim etmək üçün tibb mütəxəssisi ilə məsləhətləşin.
Ana südü ilə qidalanma körpələr üçün ən xeyirlisidir və körpələrə çoxsaylı faydası var. Əmizdirməyə hazırlaşarkən və ya əmizdirmə dövründə sağlam qidalanmaq və balanslaşdırılmış pəhriz çox vacibdir. Körpənin həyatının ilk həftələrində qarışıq qidalanması və butulka ilə qidalanması ana südü ehtiyatlarının azalmasına gətirib çıxara bilər və imtinadan sonra ana südü ilə qidalanmaya qayıtmaq çətin ola bilər. Uşaq südünün istifadəsi zamanı sosial və maddi nəticələrin olmasını nəzərə almaq lazımdır.
Uşaq südünün, digər qida məhsullarının və ya qidalanma metodlarının yanlış istifadəsi sağlamlıq üçün təhlükəli ola bilər. Sağlamlığa ziyan verməmək üçün uşaq qidalarının hazırlanması və yedizdirilməsi təlimatlarına ciddi əməl etmək lazımdır.