Sualınız var?
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
9-cu ay (3-cü rüb)
Hamiləliyin 39-cu həftəsində körpəniz çox güman ki, başıaşağı, doğuşa hazır vəziyyətdədir. Onunla üz-üzə görüşməyinizə və əmizdirmə səyahətinə başlamağınıza çox qalmayıb. Ana südünün körpəniz üçün niyə ən yaxşı qida mənbəyi olduğu və həm öz sağlamlığınızı, həm də körpənizin inkişafını sağlam, düzgün balanslaşdırılmış əmizdirmə pəhrizi ilə necə dəstəkləməyiniz barədə öyrənin.
39-cu həftədə körpənizin inkişafı
Doğuş tarixinə bir həftə qalmış körpənizin boyu başından büzdün sümüyünə qədər təxminən 36 sm, çəkisi isə təxminən 3175 qramdır.1 Boy və çəki ilə bağlı müxtəlif aralıqlar mövcuddur və bu, sadəcə orta rəqəmlərdir. Körpənizi cift ilə əlaqələndirən göbək bağı da uzanıb və hazırda təxminən 51 sm-dir.1
Körpənizin bədən üzvlərinin hamısı artıq yerindədir və təəccüblü olsa da, indi onun sizdən daha çox sümüyü var. Yeni doğulmuş körpələrin ümumilikdə 300 sümüyü olur, onlar böyüdükcə bu sümüklərin bəziləri birləşir və 206 sümük olur.1
Doğuş vaxtı körpənizin bədənində daha diqqətçəkən məqam sinəsinin (əgər qızdırsa) və genital bölgəsinin (xüsusən, oğlandırsa) qabarıq olmasıdır. Bu, hamiləlik hormonları ilə əlaqədardır və doğuşdan bir qədər sonra keçib gedir.1
Bu mərhələdə körpənizin beyni də sürətlə inkişaf etməyə davam edir və vücudu kimi uşaqlıq dövründə və ondan sonra da inkişaf etməyə və böyüməyə davam edəcək.2
İndiki vaxtda diqqətinizi daha çox doğuşa və körpənizlə ilk görüşə yönəltsəniz də, qısa zamandan sonra fikrinizi əmizdirməyə istiqamətləndirməyiniz lazım gələcək.
Ana südü sizin və sizin körpəniz üçün unikaldır. O, elə ilk gündən körpənizi karbohidratlar, proteinlər, LPC-lər (uzun zəncirli doymamış yağ turşuları), nukleotidlər, prebiotiklər, vitaminlər, minerallar və anticisimlər də daxil olmaqla qidalandırıcı maddələrin balanslı kombinasiyası ilə dəstəkləmək üçün nəzərdə tutulub.
Bu kompleks maddə körpəniz böyüdükcə onun ehtiyaclarına uyğunlaşacaq və davam edən inkişafına töhfə verəcək.
Dünya üzrə 700.000-dən çox gələcək ana və yeni valideynlərə qoşulun.
Ana südü ilə qidalanma zamanı sağlam, düzgün balanslaşdırılmış pəhriz həm sizi, həm də körpənizi dəstəkləyir. Bütün əsas qida qruplarından çeşidli təzə, qidalandırıcı, az emal edilmiş qidaları yemək körpənizin optimal inkişafı üçün lazım olan geniş miqyasda qidalandırıcı maddələr təmin edən güclü süd tədarükünün qorunmasına kömək edəcək.
Ana südü ilə qidalanma zamanı aşağıdakı qidaları sağlam əmizdirmək pəhrizinizə daxil etməyə çalışın:3
Çoxlu faydaları ilə birlikdə ana südü körpənizə sizin qidalanmağınızdan qaynaqlanan dadları da ötürür, bu isə körpəniz ana südündən qatı qidalara keçid edərkən onu müxtəlif qidaları istəməsinə həvəsləndirə bilər.4 Beləliklə, siz sağlam, düzgün balanslaşdırılmış pəhrizlə bəslənirsinizsə, çox güman ki, körpəniz də elə olacaq.5
1. Deans A. Your New Pregnancy Bible, The experts’ guide to pregnancy and earlyparenthood. 4th ed. London: Carroll & Brown Publishers Limited, 2013. p.50.
2. Murkoff H, Mazel S. What to Expect When You’re Expecting. 4th ed. London: Simon & Schuster Ltd, 2009. p. 337.
3. Gandy J (Ed). Manual of Dietetic Practice, 5th Edition. Wiley Blackwell. UK. 2014 pp.237-238.
4. Cooke L, Fildes A. The impact of flavour exposure in utero and during milk feeding on food acceptance at weaning and beyond. Appetite 2011;57(3): 808- 114.
5. Robinson S, Marriott L, Poole J, et al. Dietary patterns in infancy: the importance of maternal and family influences on feeding practice. The British journal of nutrition 2007;98(5): 1029-37.
Son baxış: 9 sentyabr 2016
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Zəhmət olmasa, əvvəlcə bu vacib xəbərdarlığı oxuyun
“Davam” düyməsini sıxmaqla Nutrilon uşaq südləri və digər məhsullarla bağlı məlumatları görə biləcəksiniz. Davam etməyi seçdikdə NutriciaClub-ın məlumatları sizə informasiya məqsədli şəxsi tələbiniz əsasında təqdim etdiyi ilə razılaşırsınız. Zəhmət olmasa, uşağınızı südlərlə qidalandırma və ana südündən qatı qidalara keçirməklə bağlı məlumatlı seçim etmək üçün tibb mütəxəssisi ilə məsləhətləşin.
Ana südü ilə qidalanma körpələr üçün ən xeyirlisidir və körpələrə çoxsaylı faydası var. Əmizdirməyə hazırlaşarkən və ya əmizdirmə dövründə sağlam qidalanmaq və balanslaşdırılmış pəhriz çox vacibdir. Körpənin həyatının ilk həftələrində qarışıq qidalanması və butulka ilə qidalanması ana südü ehtiyatlarının azalmasına gətirib çıxara bilər və imtinadan sonra ana südü ilə qidalanmaya qayıtmaq çətin ola bilər. Uşaq südünün istifadəsi zamanı sosial və maddi nəticələrin olmasını nəzərə almaq lazımdır.
Uşaq südünün, digər qida məhsullarının və ya qidalanma metodlarının yanlış istifadəsi sağlamlıq üçün təhlükəli ola bilər. Sağlamlığa ziyan verməmək üçün uşaq qidalarının hazırlanması və yedizdirilməsi təlimatlarına ciddi əməl etmək lazımdır.