Sualınız var?
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
9-cu ay (3-cü rüb)
Hamiləliyin 37-ci həftəsində körpəniz vaxtı çatmış hesab olunur və indi bu qədər böyük olduğu üçün daxilinizdə onun ən kiçik tərpənişini belə hiss edəcəksiniz. Doğuş tarixi yaxınlaşdıqca, eyni zamanda əmizdirmə zamanı da balanslaşdırılmış qidalanmanı qorumaq, kalsium kimi qidalandırıcı maddələri kifayət qədər qəbul etdiyinizdən əmin olmaq vacibdir.
37-ci həftədə körpənizin inkişafı
Hamiləliyin 37-ci həftəsində körpəniz bütünlüklə inkişaf etmişdir və vaxtı çatmış hesab olunur.1 Bu mərhələdə sancılar başlayarsa, doğumu təxirə salmaq üçün heç bir səbəb yoxdur – körpəniz xarici dünyaya hazırdır.2
İndi körpənizin çəkisi təxminən 2948 qram, boyu isə başından büzdüm sümüyünə qədər 34 sm-dir2 və o, çox güman ki, doğuşa hazır olmaq üçün başıaşağı vəziyyətdədir. Qarnınızın aşağı hissəsinə doğru hərəkət etdikcə və qabırğalarınıza təzyiqi azaldıqca özünüzü daha rahat hiss etməyə başlaya bilərsiniz.1
Körpənizin həzm sistemi ana südünü həzm etməyə və artıqları xaric etməyə artıq hazırdır. İlk kakanın tərkibində hamiləlik boyunca yığılan artıqlar – mekonium adlanan yapışqan maddə də olacaq. Yaşıl rəngdə olmaqla onun tərkibində hamiləlik dövründə körpənizin bədənində əlavə izolyasiya qatı kimi xidmət edən nazik tüklər də ola bilər. Bəzi körpələr hələ də dərilərində qalan kiçik ləkələrlə doğulsalar da, bu lanuqonun əksər hissəsi dərisindən sürüşüb düşəcək.1
Fiziki olaraq tam formalaşmasına baxmayaraq körpənizin immun sistemi hələ də inkişaf edir. Doğuşdan sonra ana südü körpənizi anticisimlər və immun faktorlar ilə təmin edəcək, bu da körpənizin təbii müdafiəsi yaranana qədər onu infeksiyalardan qoruyacaq.2
Dünya üzrə 700.000-dən çox gələcək ana və yeni valideynlərə qoşulun.
Kalsium güclü sümüklər və dişlər,3 əzələ funksiyasının dəstəklənməsi, qanın laxtalanmasına kömək edilməsi və sinir funksiyasının saxlanılması üçün vacibdir.3
O, hamiləlik dövründə körpənizin sümüklərinin inkişafı üçün vacib mineraldır və körpəniz doğulduqdan sonra bütün qidalandırıcı maddələri ana südündən alacağı üçün əmizdirərkən də kalsiumla zəngin qidaları yediyinizdən əmin olmalısınız.
Əslində əmizdirərkən gündəlik ehtiyacınız olan kalsium miqdarı hamiləlik dövründəkindən 550 mq çoxdur.4
Sağlamlıq təşkilatlarının məlumatlarına əsasən, siz ehtiyacınız olan kalsium balanslaşdırılmış sağlam pəhrizinizdən almalısınız. Bununla belə, əgər siz süd məhsulları yemirsiniz və ya içmirsinizsə, kifayət qədər kalsium, xüsusən əmizdirərkən gündəlik tövsiyə olunan 1250-1350 mq kalsiumu qəbul etməyiniz çətin olacaq.4
Əgər qidalanmanızda kalsiumun aşağı miqdarda olduğunu düşünürsünüzsə, kalsium əlavəsinin qəbulu barədə həkiminizlə məsləhətləşin.
Qidalar | Kalsium miqdarı |
---|---|
200 ml yarı yağlı süd | 230 mq |
30 q çedar pendiri | 220 mq |
150 q az yağlı qatıq | 240 mq |
200 ml kalsiumla zənginləşdirilmiş soya südü | 180 mq |
2 quru əncir | 100 mq |
6 badam | 30 mq |
90 q bişmiş ispanaq | 160 mq |
1 çömçə südlü dondurma | 60 mq |
1 yemək qaşığı küncüt toxumu | 80 mq |
2 ədəd yeyilə bilən sümüklü sardina konservi | 270 mq |
2 dilim ağ çörək | 127 mq |
2 dilim kəpəkli çörək | 76 mq |
1. NHS UK. You and your baby at 37-40 weeks pregnant [Online]. 2015. Available at: www.nhs.uk/conditions/pregnancy-and-baby/pages/pregnancy-weeks-37-38-39-40.aspx [Accessed September 2016]
2. Deans A. Your New Pregnancy Bible, The experts’ guide to pregnancy and early parenthood. 4th ed. London: Carroll & Brown Publishers Limited, 2013. p. 49.
3. Commission Regulation (EU) No 432/2012 of 16 May 2012 establishing a list of permitted health claims made on foods, other than those referring to the reduction of disease risk and to children’s development and health. OJ L 136, 25.5.2012, pp. 1–40.
4. Department of Health. Report on Health and Social Subjects 41. Dietary Reference Values for Food Energy and Nutrients for the United Kingdom. London TSO. 1991
5. Adapted from: Theobald, H. Dietary Calcium and Health. British Nutrition Foundation Nutrition Bulletin,2005; 30, 254–255.
Son baxış: 9 sentyabr
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.
Davam etməzdən əvvəl sizi aşağıdakılarla məlumatlandırmaq istəyirik:
1. Daxil olduğunuz üçüncü tərəfin saytı Nutricia tərəfindən idarə olunmur və ya yoxlanılmır.
2. Nutricia üçüncü tərəfin saytında təklif olunan məzmun, xidmətlər və ya məhsullara görə məsuliyyət daşımır.
3. Üçüncü tərəfin saytında etdiyiniz hər hansı əməliyyat və ya qarşılıqlı əlaqə yalnız sizinlə üçüncü tərəf arasındadır.
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Zəhmət olmasa, əvvəlcə bu vacib xəbərdarlığı oxuyun
“Davam” düyməsini sıxmaqla Nutrilon uşaq südləri və digər məhsullarla bağlı məlumatları görə biləcəksiniz. Davam etməyi seçdikdə NutriciaClub-ın məlumatları sizə informasiya məqsədli şəxsi tələbiniz əsasında təqdim etdiyi ilə razılaşırsınız. Zəhmət olmasa, uşağınızı südlərlə qidalandırma və ana südündən qatı qidalara keçirməklə bağlı məlumatlı seçim etmək üçün tibb mütəxəssisi ilə məsləhətləşin.
Ana südü ilə qidalanma körpələr üçün ən xeyirlisidir və körpələrə çoxsaylı faydası var. Əmizdirməyə hazırlaşarkən və ya əmizdirmə dövründə sağlam qidalanmaq və balanslaşdırılmış pəhriz çox vacibdir. Körpənin həyatının ilk həftələrində qarışıq qidalanması və butulka ilə qidalanması ana südü ehtiyatlarının azalmasına gətirib çıxara bilər və imtinadan sonra ana südü ilə qidalanmaya qayıtmaq çətin ola bilər. Uşaq südünün istifadəsi zamanı sosial və maddi nəticələrin olmasını nəzərə almaq lazımdır.
Uşaq südünün, digər qida məhsullarının və ya qidalanma metodlarının yanlış istifadəsi sağlamlıq üçün təhlükəli ola bilər. Sağlamlığa ziyan verməmək üçün uşaq qidalarının hazırlanması və yedizdirilməsi təlimatlarına ciddi əməl etmək lazımdır.