Sualınız var?
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Oxuma müddəti: 4 dəqiqə
5-ci ay (2-ci rüb)
Hamiləliyin 21-ci həftəsində körpənizin çəkisi ciftinizin çəkisindən daha çox olur. Onun həzm sistemi fəaliyyətə başlayır, sümükləri isə daha möhkəm və güclü olur. Bəzi yağların bu mərhələdə onun inkişafı üçün nə dərəcədə vacib olduğu və onları günlük pəhrizinə necə daxil etmək barədə öyrənin.
21-ci həftədə körpənizin inkişafı
Hamiləliyin 21-ci həftəsində körpənizin çəkisi ciftinizdən daha ağır, təxminən 350 qramdır.1 Vücudundakı qığırdaq sümüyə döndükcə, bədən üzvləri və oynaqları möhkəmlik və güc qazandıqca bu ərəfədən başlayaraq onun hərəkətləri daha nəzərəçarpan ola bilər.2
Bu mərhələdə körpənizin həzm sistemi bəsit şəkildə olsa da, işləməyə başlayır.3 Həzm sisteminin inkişafa kömək edən fəaliyyətlərindən biri körpəniz üçün qidalandırıcı mənbə olan amniotik mayeni udmasıdır.3 Təbiət etibarilə şirin olan amniotik maye hər gün yediyiniz qidalardan incə dadları alır2 və körpəniz getdikcə həssaslaşan dad tumurcuqları sayəsində bunları sınaqdan keçirir.4
Körpənizin udma3 və baş barmağını əmmə4 kimi bir çox fəaliyyətini ultrasəs müayinədə görmək mümkündür. Əsla görə bilməyəcəyiniz şey hamiləliyin sonrakı mərhələlərində körpənizi isti saxlamaq vəzifəsi yağın öhdəliyinə keçənə qədər onun bütün vücudunu örtən lanuqo adlı nazik tük təbəqəsidir.1
Omeqa-3 və 6 birlikdə LCP-lər adlanan iki növ uzun zəncirli doymamış yağ turşularıdır. Omeqa-3 LCP-lərindən biri, qısa olaraq DHA kimi bilinən dokozageksaen turşusu körpənizin beyninin inkişafını dəstəkləyir.13 O, həmçinin körpənizin gözlərinin normal inkişafını dəstəkləyir5 və doğuşdan sonrakı, xüsusən də körpənizin ilk ilində görməsinin normal inkişafında iştirak edir.5
Dünya üzrə 700.000-dən çox gələcək ana və yeni valideynlərə qoşulun.
Mütəxəssislər son dövrlərdə LCP-lərin hamiləliyə təsirini öyrəniblər. Hamiləlik dövründə əlavə DHA qəbulunun vaxtından əvvəl doğuş riskini azaltdığı və körpənin doğuş çəkisini artırdığı təsdiq olunub.6,7
Bu səbəbdən də hamilə qadınlara öz pəhrizlərinə kifayət miqdarda Omeqa-3 yağları, xüsusən də DHA daxil etmələri tövsiyə olunur.
Gözün normal inkişafı üçün hamiləlik dövründə hər gün əlavə 200 mq DHA qəbul etməyə çalışmalısınız.5 Ən yaxşı DHA mənbələri skumbriya, sardina və qızılbalıq kimi yağlı balıqlardır. Bununla belə, mütəxəssislər tərkibində ola biləcək toksinlər səbəbindən hamiləlik dövründə müəyyən balıqlara məhdudiyyət qoyulmasını tövsiyə edirlər. Əlavələrə ehtiyac olub-olmamasını ginekoloqunuz və ya terapevtinizlə müəyyənləşdirin.
Sağlam və təhlükəsiz qəbulu üçün həftədə 1-2 porsiya yağlı balıq yeməyə çalışın. Yağlı balıq yemədiyiniz halda qabıqlı çərəzlər, toxumlar, tünd yaşıl tərəvəzlər, raps yağı, tam buğda yarmalar və soya məhsulları kimi digər Omeqa-3 mənbələrini pəhrizinizə daxil edin. Orqanizminiz bu qidalardakı Omeqa-3 yağlarının bəzilərini DHA çevirə biləcəyinə görə bu prosesin o qədər də effektiv olmadığı və bu qidaların yağlı balıqların yaxşı əvəzedicisi sayılmadığı düşünülür.
Son baxış: 14 iyul 2016
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.
Davam etməzdən əvvəl sizi aşağıdakılarla məlumatlandırmaq istəyirik:
1. Daxil olduğunuz üçüncü tərəfin saytı Nutricia tərəfindən idarə olunmur və ya yoxlanılmır.
2. Nutricia üçüncü tərəfin saytında təklif olunan məzmun, xidmətlər və ya məhsullara görə məsuliyyət daşımır.
3. Üçüncü tərəfin saytında etdiyiniz hər hansı əməliyyat və ya qarşılıqlı əlaqə yalnız sizinlə üçüncü tərəf arasındadır.
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Zəhmət olmasa, əvvəlcə bu vacib xəbərdarlığı oxuyun
“Davam” düyməsini sıxmaqla Nutrilon uşaq südləri və digər məhsullarla bağlı məlumatları görə biləcəksiniz. Davam etməyi seçdikdə NutriciaClub-ın məlumatları sizə informasiya məqsədli şəxsi tələbiniz əsasında təqdim etdiyi ilə razılaşırsınız. Zəhmət olmasa, uşağınızı südlərlə qidalandırma və ana südündən qatı qidalara keçirməklə bağlı məlumatlı seçim etmək üçün tibb mütəxəssisi ilə məsləhətləşin.
Ana südü ilə qidalanma körpələr üçün ən xeyirlisidir və körpələrə çoxsaylı faydası var. Əmizdirməyə hazırlaşarkən və ya əmizdirmə dövründə sağlam qidalanmaq və balanslaşdırılmış pəhriz çox vacibdir. Körpənin həyatının ilk həftələrində qarışıq qidalanması və butulka ilə qidalanması ana südü ehtiyatlarının azalmasına gətirib çıxara bilər və imtinadan sonra ana südü ilə qidalanmaya qayıtmaq çətin ola bilər. Uşaq südünün istifadəsi zamanı sosial və maddi nəticələrin olmasını nəzərə almaq lazımdır.
Uşaq südünün, digər qida məhsullarının və ya qidalanma metodlarının yanlış istifadəsi sağlamlıq üçün təhlükəli ola bilər. Sağlamlığa ziyan verməmək üçün uşaq qidalarının hazırlanması və yedizdirilməsi təlimatlarına ciddi əməl etmək lazımdır.