Sualınız var?
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Uşaqlar müstəqilliklərini təsdiqləməyi sevirlər – bu inkişaflarının vacib bir hissəsidir – ancaq bəzən yemək vaxtları çətinliklər yarada bilər. Ailəvi yeməklərin daha əyləncəli etmək yollarını tapmaq uşağınızın marağına səbəb ola və yeməyini səbirsizliklə gözləmələrinə kömək edə bilər. Yeməklə sağlam əlaqə yaratmaq üçün bəzi yaradıcı yollar kəşf edin və uşağınızın yeni bacarıqlarını istifadə edərək onu bu prosesə necə cəlb edəcəyinizi tapın.
Uşağınız böyüdükcə təbii olaraq müstəqillik qazanır və bənzərsiz, bəzən güclü iradəli bir şəxsiyyətə çevrilir. Yemək vaxtı sərhədləri sınamaq və öz seçimlərini irəli sürmək üçün əla bir fürsətdir, bu da bir valideyn olaraq sizin üçün çətinlik yarada bilər.
Yeməkləri əyləncəli vəziyyətə gətirmək və uşağınızı mətbəxə cəlb etmək onu yeməklə maraqlandıracaq. Həm də onun sağlam inkişafı üçün lazım olan geniş çeşiddə qidalandırıcı maddələri qəbul etmə ehtimalını artıracaq.
Uşağınızla bacardığınız qədər tez-tez yeyin. Uşaqlar nümunədən öyrənirlər, belə ki, müxtəlif qidalar yediyinizi görsə, onun da bunu da təkrar etmək ehtimalı yüksəlir. Həm də ailələri ilə birlikdə yeyən uşaqların daha geniş çeşiddə və daha çox qidalandırıcı maddələr qəbul etdikləri müşahidə olunur.1 Hər dəfə birlikdə yemək yeməyə bilərsiniz, ancaq ailə yeməyini bacardığınız qədər ön planda saxlayın.
Əksər uşaqlar gündəlik rejimə yaxşı uyğunlaşırlar. Mütəmadi yemək və qəlyanaltı vaxtlarına sadiq qalmaq bu vaxtın daha rahat keçməsinə kömək edə bilər. Amma uşağınızın yorğun və ya ac olduğu zaman sizinlə daha az əməkdaşlıq edəcəyini də unutmayın, buna görə də yuxudan öncəki yeməkləri yaxşı planlaşdırın.
Uşağınızın gün ərzində üç müntəzəm yeməyi arasında iki və ya üç kiçik qəlyanaltıya ehtiyacı olacaq. Sağlam seçimlərə düyü peçenyeləri, tərəvəz çubuqları, meyvələr, pendir kubları, qatıq və ya balaca bir sendviç daxildir.
Uşağınızın susuz qalmaması vacibdir, lakin həddən çox içki onun mədəsini doldurub yeməyə az yer saxlaya bilər. Yeməklərarası ən yaxşı içki sudur. Ona meyvə suyu verməyi seçsəniz, yaxşı durultduğunuza əmin olun və gün ərzində içmək üçün yox, yalnız yemək vaxtı təklif edin, çünki bu, dişlər üçün gün boyu içməsindən daha yaxşıdır.
Uşağınız maraq göstərirsə və xoşbəxtdirsə, deməli, çox güman ki, boşqabdakı yeməyini yeyəcək. Ailənin yemək vaxtlarını qayğısız və maraqlı etmək üçün bu fikirləri sınayın:
Uşağınızı alış-veriş, yemək bişirmək və yemək istədiklərini seçmək prosesinə cəlb etmək ona özünü ifadə etmək şansı verir – bunlar bu yaşda çox vacibdir.
Supermarket öyrənmək və araşdırmaq üçün yaxşı bir yer ola bilər: ondan tanıdığı meyvə və tərəvəzləri göstərməsini istəyin və düzgün tapdığı zaman onu tərifləyin. Yemək zamanı ona bu bacarığı ilə tapdığı meyvə və tərəvəzi xatırladın..
Yaşı kifayətdirsə, ona tərəvəzləri doğramaq üçün uşaq bıçağı verərək ailə yeməyini hazırlamağınıza kömək etməsinə icazə verin. Biş-düşlə məşğul olmaq üçün çox kiçikdirsə, onu yaxınlıqda oturdun ki, etdikləriniz haqqında danışarkən sizi öz hündür stullarından izləyə və dinləyə bilsin.
Bu yaşda uşaqlara qərar vermək şansı verilməsi onların çox xoşuna gəlir, ona görə yeməkləri ilə istədiyi tərəvəzləri və ya içki seçməsini istəyin. Seçimlərin sadə olmasının vacib olduğunu unutmayın, çünki bu yaşda qərar qəbul etmə bacarıqları hələ də məhduddur. Məsələn, sendviçin içində pendir, yoxsa vetçinanın olmasını, desert üçün isə alma, yoxsa banan seçimlərini təklif edin. Böyüdükdə süfrə açmağınıza kömək edə və ya ailənin digər üzvlərinə yemək vaxtı olduğunu bildirmək kimi bir məsuliyyət daşıya bilər.
Uşağınızın maraq və iştahının artması ümidi ilə aşağıdakı qidaları hazırlamaqda sizə kömək etməsinə icazə verin::
1. Hamilton SK & Wilson JH (2009) Family mealtimes – worth the effort. ICAN: Infant, Child, & Adolescent Nutrition 1: 346-350
Son baxış: 27 avqust 2014
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.
Davam etməzdən əvvəl sizi aşağıdakılarla məlumatlandırmaq istəyirik:
1. Daxil olduğunuz üçüncü tərəfin saytı Nutricia tərəfindən idarə olunmur və ya yoxlanılmır.
2. Nutricia üçüncü tərəfin saytında təklif olunan məzmun, xidmətlər və ya məhsullara görə məsuliyyət daşımır.
3. Üçüncü tərəfin saytında etdiyiniz hər hansı əməliyyat və ya qarşılıqlı əlaqə yalnız sizinlə üçüncü tərəf arasındadır.
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Zəhmət olmasa, əvvəlcə bu vacib xəbərdarlığı oxuyun
“Davam” düyməsini sıxmaqla Nutrilon uşaq südləri və digər məhsullarla bağlı məlumatları görə biləcəksiniz. Davam etməyi seçdikdə NutriciaClub-ın məlumatları sizə informasiya məqsədli şəxsi tələbiniz əsasında təqdim etdiyi ilə razılaşırsınız. Zəhmət olmasa, uşağınızı südlərlə qidalandırma və ana südündən qatı qidalara keçirməklə bağlı məlumatlı seçim etmək üçün tibb mütəxəssisi ilə məsləhətləşin.
Ana südü ilə qidalanma körpələr üçün ən xeyirlisidir və körpələrə çoxsaylı faydası var. Əmizdirməyə hazırlaşarkən və ya əmizdirmə dövründə sağlam qidalanmaq və balanslaşdırılmış pəhriz çox vacibdir. Körpənin həyatının ilk həftələrində qarışıq qidalanması və butulka ilə qidalanması ana südü ehtiyatlarının azalmasına gətirib çıxara bilər və imtinadan sonra ana südü ilə qidalanmaya qayıtmaq çətin ola bilər. Uşaq südünün istifadəsi zamanı sosial və maddi nəticələrin olmasını nəzərə almaq lazımdır.
Uşaq südünün, digər qida məhsullarının və ya qidalanma metodlarının yanlış istifadəsi sağlamlıq üçün təhlükəli ola bilər. Sağlamlığa ziyan verməmək üçün uşaq qidalarının hazırlanması və yedizdirilməsi təlimatlarına ciddi əməl etmək lazımdır.