Sualınız var?
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Dəmir uşaqlar üçün əsas qidalandırıcı maddələrdəndir: beyin inkişafı, ümumi böyümə və sağlamlıqda həlledici rol oynayır. Uşağın dəmir ehtiyacı, hansı qidaların faydalı dəmir mənbələri olduğu və dəmirlə zəngin qidaları meyvə və tərəvəzlərlə birləşdirərək dəmir qəbulunu necə artırmaq barədə daha ətraflı oxuyun.
Dəmir beyin inkişafı da daxil olmaqla orqanizmdə bir çox funksiyalarda iştirak edən vacib qidalandırıcı maddədir. Bütün ömrü boyu öyrənməsinə təməllər atan normal koqnitiv inkişaf üçün sabit dəmir ehtiyatı lazımlıdır. Dəmir həmçinin hemoqlabinin – enerji və böyümə üçün ehtiyac duyulan oksigeni bütün bədən boyu daşıyan qandakı protein – yaranmasında da iştirak edir.
Bu mərhələdə uşağınızın beyni və bədəni sürətlə inkişaf edir, buna görə də təzə yeriməyə başlayan uşaqların böyüklərə nisbətən daha çox dəmirə ehtiyacı var.
Uşaqların yüksək dəmir ehtiyacı müntəzəm olaraq dəmirlə zəngin qidalar qəbul etmədikləri halda dəmir çatışmazlığına qarşı daha zəif olacaqları mənasına gəlir. Faktiki olaraq, uşaqların yarısından çoxu bu beyin formalaşdıran qidalandırıcı maddəni kifayət qədər qəbul etmir.1
Uşağınızda dəmir səviyyəsi aşağı düşərsə, o, yorğun və enerjisiz ola bilər. Dəmir səviyyəsinin aşağı olması nadir hallarda dəmir çatışmazlığına səbəb ola bilər.
Balıq və ət kimi qidalarda olan dəmir kəpəkli çörək, mərci, lobya və tünd yaşıl yarpaqlı tərəvəzlər kimi bitki mənbələrindəki dəmirə nisbətən daha asan sorulur.
Uşağınızın hər gün kifayət qədər dəmir qəbul etməsinə kömək etmək üçün onu iki porsiya heyvan mənşəli protein və ya 3 porsiya süd məhsulu olmayan vegetarian proteini yeməsinə həvəsləndirin.
C vitamini orqanizmin dəmiri sormasına kömək edir və portağal, kivi kimi sitrus meyvələrdə, bibər, brokkoli və ispanaq kimi bir çox tərəvəzin tərkibində mövcuddur. Uşağınıza meyvə vermək yeməklərdəki dəmirin sorulmasını artırmağın faydalı üsuludur.
Aşağıdakı qidalar uşağınızın günlük pəhrizinə daxil edə biləcəyiniz faydalı dəmir mənbələridir:
Uşağınızın ehtiyac duyduğu dəmiri qəbul etməsi üçün biz Nutrilon Premium 3&4 böyümə südünü (1-2 yaş) hazırladıq. Sadəcə 300 ml uşağınızın günlük ehtiyacının yarısından çoxunu, həmçinin A, C və D vitaminlərini təmin edəcək. Bundan əlavə onun tərkibində unikal qatışıq olan Qalakto və Fruktooliqosaxaridlər (GOS/FOS) var.
Aşağıdakı qidalar ilə uşağınızın dəmir qəbulu səviyyəsini artırın:
Son baxış: 27 avqust 2014
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Zəhmət olmasa, əvvəlcə bu vacib xəbərdarlığı oxuyun
“Davam” düyməsini sıxmaqla Nutrilon uşaq südləri və digər məhsullarla bağlı məlumatları görə biləcəksiniz. Davam etməyi seçdikdə NutriciaClub-ın məlumatları sizə informasiya məqsədli şəxsi tələbiniz əsasında təqdim etdiyi ilə razılaşırsınız. Zəhmət olmasa, uşağınızı südlərlə qidalandırma və ana südündən qatı qidalara keçirməklə bağlı məlumatlı seçim etmək üçün tibb mütəxəssisi ilə məsləhətləşin.
Ana südü ilə qidalanma körpələr üçün ən xeyirlisidir və körpələrə çoxsaylı faydası var. Əmizdirməyə hazırlaşarkən və ya əmizdirmə dövründə sağlam qidalanmaq və balanslaşdırılmış pəhriz çox vacibdir. Körpənin həyatının ilk həftələrində qarışıq qidalanması və butulka ilə qidalanması ana südü ehtiyatlarının azalmasına gətirib çıxara bilər və imtinadan sonra ana südü ilə qidalanmaya qayıtmaq çətin ola bilər. Uşaq südünün istifadəsi zamanı sosial və maddi nəticələrin olmasını nəzərə almaq lazımdır.
Uşaq südünün, digər qida məhsullarının və ya qidalanma metodlarının yanlış istifadəsi sağlamlıq üçün təhlükəli ola bilər. Sağlamlığa ziyan verməmək üçün uşaq qidalarının hazırlanması və yedizdirilməsi təlimatlarına ciddi əməl etmək lazımdır.