Sualınız var?
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Dil və kommunikasiya uşağınızın doğulduğu andan etibarən inkişafa başlayan bacarıqlarıdır. Nitq və dil eksperti Nicola Lathey oyun və təxəyyülün əhəmiyyəti, yaşadığımız rəqəmsal dövrün uşağınızın dil inkişafına təsirləri barədə danışır.
Uşağın ilk illəri böyük miqyasda böyümə və imkanların olduğu, ilk təcrübələrinin isə iz buraxmaq təsirinə malik olduğu dövrdür. Beyin inkişafı uşağın necə yemək yeməsi, iməkləməyi, yeriməyi və qaçmağı öyrənməsini təmin edir – bütün bunlar körpəniz formalaşdıqca sizin diqqət ediyiniz dönüş nöqtələridir. Bir körpənin beyninin necə sürətlə böyüdüyünü nəzərə alsaq – doğuşdan ikinci doğum gününə qədər onun ölçüsü üç dəfə böyüyür1 – erkən uşaqlıq illərinin onun gənc zehninin inkişafında nə qədər əhəmiyyətli olduğunu görmək asan olar.
Uşaqlıq – kritik illər
Bir və üçüncü doğum günləri arasındakı illər böyük bir koqnitiv və sosial inkişaf dövrüdür. İki-beş yaş arası uşaqların çoxunda uzun müddət ərzində diqqəti cəmləşdirmək və müəyyən məlumatları xatırlamaq bacarıqları inkişaf edir.2 Bu dövrdə uzun müddətli yaddaş formalaşmağa başlayır, bu səbədən də çoxumuz iki və ya üç yaşdan əvvəlki uşaqlığımızı xatırlamırıq.2
Valideyn olaraq hamımız uşağımızın inkişafındakı “ilklər”ə şahidlik etməyi istəyirik, bunların çoxu yeriməyə təzə başladığı illərdə ortaya çıxır – uşağınızın ilk addımını atdığı, yaxud ilk sözünü dediyi zaman yaşadığınız həyəcanı düşünün – amma bu bacarıqlar izolyasiya şəraitində inkişaf etmir. Onlar sosial ünsiyyət, oyunlar, müşahidə və dinləmənin daxil olduğu böyük bir taplonun hissələridir.3 Valideynlər uşaqlarını bu inkişafa təşviq edə və onları əhatə edən dünyaya maraq gəstərmələrinə kömək edə bilərlər.
Erkən dil mənimsənilməsi instinktivdir və əksər uşaqlar üçün təbii şəkildə baş verir.4 Amma böyük olaraq bizim uşağın ünsiyyət qurmaq cəhdlərinə necə qarşılıq verməyimiz də iz buraxa bilər.4
Uşağın beyni qismən onun öyrənmə üsulunu formalaşdıran təkrarlanan təcrübələr vasitəsilə inkişaf edir.5 Bu o mənanı verir ki, bir şərhin və ya bir hərəkətin öyrənmə üzərində kiçik təsiri ola bilər, amma erkən illərdə deyilən və ya edilən bir şey mütəmadi olaraq təkrarlanırsa, çox güman ki, yapışıb qalır. Təkrarlama və həvəsləndimə sayəsində uşağınızın indi etdiyi şeylərdən daha çoxunu etməsinə kömək edə bilərsiniz, sözləri təkrarlamaq və hərəkətlərini möhkəmləndirməklə onun ünsiyyət qurmaq cəhdlərindən qürur duymasını təmin edə bilərsiniz.
Loqopedlər bir uşağın bir sözü deyə bilməsinə qədər 500 dəfədən çox eşitməli olduğu fikrini irəli sürürlər. Təkrarlanan sətirləri olan kitablar bir uşağın danışmasına kömək etməyin ən güclü üsullarından biri ola bilər.
Ənənəvi oyun vaxtını öyrədici etmək
Uşaqların dil inkişafının oyunlarla yaxından əlaqəli olması çox maraqlıdır.4 Həqiqətən də, loqopedlər “dil oyun yolu ilə inkişaf edir” fikrini irəli sürürlər. Uşaqlar ilk sözlərini adətən bir yaş ərəfəsində deməyə başlayarkən, simvolik oyun da təxminən bu dövrdə inkişaf edir.4 Simvolik oyun digər hərəkətləri, obyektləri və ya fikirləri təmsil etmək üçün hərəkətləri, obyektləri və fikirləri istifadə etmək bacarığıdır; yəqin ki, uşağınızın bananı telefon kimi istifadə etdiyinə, yaxud kasanı papaq kimi başına qoyduğuna şahidlik etmisiniz.
Araşdırmalar evdəki müəyyən oyun materiallarının koqnitiv inkişaf və koordinasiyanı dəstəkləməyə kömək edə biləcəyini göstərmişdir.6 Oyuncaqlar əyləncəlidir və uşağınızın təxəyyülünün erkən yaşlardan çiçəklənməsinə kömək edə bilər. Ən sadə oyuncaqlar belə öyrənmə və inkişaf üçün şərait yarada bilər. Məsələn, ən təməl oyuncaqlardan olan kubiklərlə oynamağın sadəcə altı ay ərzində dil inkişafında nəzərəçarpan nəticə göstərdiyi sübut olunmuşdur.1 Kupiklərdən qüllə qurmaq çoxsaylı nitq və dil imkanlarını – sifətlər (hündür, düz), feillər (düşmək, tikmək), isimlər (rənglər, rəqəmlər) uşağın başa düşüb yaddaşına yazması üçün böyük tərəfindən modelləndirilir – həmçinin növbələmə, birlikdə istifadə, dinləmə və müşahidəni təşviq edərək kommunikasiya və sosial bacarıqları təmin edir.3
Rəqəmsal əsrdə erkən inkişaf
Müasir günümüzdə öyrənmək və inkişaf etmək üçün ənənəvi oyuncaqların istifadə edilməsindən daha texnoloji oriyentasiyaya keçid edildiyi müşahidə olunur. İnformasiya vasitəsi kimi televiziya, planşet və kompüterlər məktəbəqədər və erkən öyrənmədə daha populyar hal alır, bundan başqa onlar uşaqları evə bağlı saxlayır. Müasir rəqəmsal cəmiyyətdə uşaqların çoxu hələ çox şeyi etməmişdən əvvəl telefonun və ya planşetin ekranını kiliddən neçə açmağı bilir!
Bütün yaşlarda olan uşaqlar üçün hazırlanmış oyun və proqramların inkişaf etməsi ilə rəqəmsal mediyaya məruz qalmanın uşaqlarımız üzərində müsbət təsirə malik olduğunu zənn etmək asandır, amma reallıqda faktlar əksini göstərə bilər. 2011-ci ildə aparılan bir araşdırma altı aylıq olarkən rəqəmsal mediyaya məruz qalmaq müddətinin artmasının on dörd aylıq olarkən daha aşağı koqnitiv və dil bacarıqlarını proqnozlaşdırdığını göstərmişdir.7 Məsələn, erkən uşaqlıq illərində televizora baxmaq dil8 və diqqət problemləri,9 gecikmiş koqnitiv inkişaf ilə əlaqələndirilir.10 Uşağınızın mediaya məruz qalmasının dərəcəsini azaltmaq onun dil, danışıq və qarşılıqlı əlaqə üzərində neqativ təsirini məhdudlaşdıra və bunun əvəzinə vacib valideyn-uşaq münasibətlərinə yol aça bilər.7 Daha dəqiq desək, televozor qarşısında keçirilən zamanı nağıl oxumaq və oyuncaqlarla oynayarkən dil modelləşdirmək kimi böyüklərin rəhbərliyi altında edilən fəaliyyətlər ilə əvəz etmək daha faydalı ola bilər.7
Valideynlər bir sıra üsullar ilə uşaqların dil və ünsiyyət bacarıqlarını inkişaf etdirməyə həvəsləndirən fürsətlər yarada bilər. Uşaqlar ilk illərdə paralel olmayan fiziki, zehni və emosional inkişaf yaşadıqları üçün bu anda hansı fəaliyyətin inkişafı dəstəkləyib-dəstəkləmədiyini müəyyən etmək inanılmaz dərəcədə vacibdir. Oturaq halda mediyaya məruz qalmaqdan kənarda yaradıcı oyunu təşviq etmək bir neçə dəqiqə və ya saatlarla davam edən “əyləncə”dən daha çox faydalıdır. Oynamaqla və uşağınıza öz üsulları ilə kəşf etməsi və qarşılıqlı əlaqədə olması üçün ona vaxt və məkan ayırmaqla onun əyləncəli və təhlükəsiz mühitdə inkişaf etməsinə və öyrənməsinə imkan yaradırsınız.3
Nicola Lathey Birləşmiş Krallığın ən yaxşı loqopedlərindən biridir. O, mükafat qazanan və ən çox satılan “Small Talk” (“Kiçik söhbət”) kitabının müəllifidir və televiziya və radio proqramlarında uşaqlarda nitq və dil inkişafı barədə danışmışdır. Eyni zamanda müxtəlif ölkələrin qəzet və jurnallarında öz yazıları ilə çıxış etmişdir. O, Birləşmiş Krallıqda universitetlərin, xeyriyyə cəmiyyətlərinin və şirkətlərin istəkləri əsasında mühazirələr oxumuşdur.
Son baxış: 30 iyun 2016
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.
Davam etməzdən əvvəl sizi aşağıdakılarla məlumatlandırmaq istəyirik:
1. Daxil olduğunuz üçüncü tərəfin saytı Nutricia tərəfindən idarə olunmur və ya yoxlanılmır.
2. Nutricia üçüncü tərəfin saytında təklif olunan məzmun, xidmətlər və ya məhsullara görə məsuliyyət daşımır.
3. Üçüncü tərəfin saytında etdiyiniz hər hansı əməliyyat və ya qarşılıqlı əlaqə yalnız sizinlə üçüncü tərəf arasındadır.
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Zəhmət olmasa, əvvəlcə bu vacib xəbərdarlığı oxuyun
“Davam” düyməsini sıxmaqla Nutrilon uşaq südləri və digər məhsullarla bağlı məlumatları görə biləcəksiniz. Davam etməyi seçdikdə NutriciaClub-ın məlumatları sizə informasiya məqsədli şəxsi tələbiniz əsasında təqdim etdiyi ilə razılaşırsınız. Zəhmət olmasa, uşağınızı südlərlə qidalandırma və ana südündən qatı qidalara keçirməklə bağlı məlumatlı seçim etmək üçün tibb mütəxəssisi ilə məsləhətləşin.
Ana südü ilə qidalanma körpələr üçün ən xeyirlisidir və körpələrə çoxsaylı faydası var. Əmizdirməyə hazırlaşarkən və ya əmizdirmə dövründə sağlam qidalanmaq və balanslaşdırılmış pəhriz çox vacibdir. Körpənin həyatının ilk həftələrində qarışıq qidalanması və butulka ilə qidalanması ana südü ehtiyatlarının azalmasına gətirib çıxara bilər və imtinadan sonra ana südü ilə qidalanmaya qayıtmaq çətin ola bilər. Uşaq südünün istifadəsi zamanı sosial və maddi nəticələrin olmasını nəzərə almaq lazımdır.
Uşaq südünün, digər qida məhsullarının və ya qidalanma metodlarının yanlış istifadəsi sağlamlıq üçün təhlükəli ola bilər. Sağlamlığa ziyan verməmək üçün uşaq qidalarının hazırlanması və yedizdirilməsi təlimatlarına ciddi əməl etmək lazımdır.