Sualınız var?
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
12-24-cü aylar arasında uşaqlar heyranedici, həyəcanlı və təəccüblü şəkildə böyüyürlər. Fiziki, sosial, emosional və danışıq olaraq daha müstəqil hala gəlirlər və yetişməyə başlayan şəxsiyyətlərini ifadə edirlər. Sağlam, balanslaşdırılmış pəhriz bu inkişafı dəstəkləyir, onun öyrənməsi və böyüməsi üçün ehtiyac duyduğu qidalandırıcı maddələr ilə təmin edir. Bu mərhələdə uşağınızın müəyyən miqdarda qidalandırıcı qəbul etməsinin vacibliyi və oyunların gələcəkdə öyrənməsi üçün niyə qiymətsiz pilləkən olduğu barədə öyrənin.
Uşağınızın birinci və ikinci doğum günləri arasındakı müddət inanılmaz və həyəcanverici zehni və fiziki inkişaf dövrüdür.
İnkişaf etmiş motorika bacarıqları və güclənən əzələləri günü gündən daha hərəkətli olması, daha təhlükəsiz şəkildə gəzib dolaşması, qaçmaq və tullanmaq üçün tələb olunan koordinasiyanı toplaması mənasına gəlir. Onun sümükləri də sürətlə inkişaf edir və mütəmadi olaraq sümük yeniləmə prosesi hər bir sümüyün güclənməsi və böyüməsinə kömək edir.
Uşağınız sosial planda getdikcə daha şüurlu və inadkar olmağa başlayır. Bu öz istək və ehtiyaclarını daha aydın ifadə etməyə imkan verən beyindəki dil mərkəzində baş verən kəskin dəyişikliklər sayəsində mümkün olur
O, sözləri ilk dəfə birləşdirməyə başlayanda cümlələri çox bəsit olacaq, məsələn, onunla oynamağınızı istəyəndə “mənə oyna” deyəcək. 1-2 yaş arasında ünsiyyət bacarıqları inkişaf etdikcə “mən” və “mənə” sözlərinin onun ən sevimli sözləri olduğunu müşahidə edəcəksiniz.
Bütün bu inkişaf geniş çeşiddə qidalanma və enerji tələb edir. Bununla belə, 12-24 ay arasında onun mədəsi bədən ölçüsünə görə hələ kiçikdir, buna görə də sağlam qidalandırıcı pəhrizlə təmin olunması vacibdir.
Uşağınız hər ötən gün “balaca adama” daha çox oxşasa da, böyüməsi üçün edəcəyi hələ çox şey var və qidalanma ehtiyacları sizinkindən fərqlənir. İnanılmaz olsa da, 1-2 yaş arasında uşağınız öz ölçüsünə görə böyüklərə nisbətən üç dəfə daha çox enerjiyə ehtiyacı var. Qarnının təxminən üç dəfə daha balaca olduğunu nəzərə alaq, hər tikənin niyə əhəmiyyətli olduğunu anlamaq asandır.
Sağlam və balanslaşdırılmış pəhriz uşağınızı daha yaxşı inkişaf üçün ehtiyac duyduğu sağlam, balanslı qidalanma ilə təmin edir. Bu mərhələ üçün dəmir və D vitamini çox əhəmiyyətlidir.
Dəmir bədənin bir çox funksiyasında vacib rol oynayır və beynin sağlam inkişafı üçün əsas qidalandırıcı maddədir. Faydalı mənbələrə ət, yağlı balıqlar və yumurta, həmçin lobya, yaşıl yarpaqlı tərəvəzlər kimi bitki mənşəli mənbələr aiddir. Ət və balığın tərkibində hem dəmir mövcuddur; bu, bitki tərkibli mənbələrdə olan qeyri-hem dəmirə nisbətən daha rahat istifadə olunur və sorulur. Uşağınızın pəhrizinə hətta az miqdarda ət və balığı daxil etməyiniz digər mənbələrdən alınan dəmirin sorulmasını artıracaq.
Temperamentindəki dəyişikliklər, zəif yemə mərhələsi və iştahın az olması səbəbindən bir çox uşaq öz qidalanmasından kifayət qədər dəmiri almır. Təəccüblü olsa da, 18 ay və 3 yaş arası uşaqların yarısından çoxu tövsiyə edilən gündəlik miqdarı almır, buna görə də hər valideynin bu vacib qidalandırıcının əhəmiyyəti barədə məlumatlı olması lazımdır.2 Uşaqların inək südü də daxil olmaqla, tərkibində az miqdarda dəmir olan qidaları yeməsi vəziyyəti daha da pisləşdirə bilər.
Uşağınızın dəmir qəbulunu artırmaq üçün ona hər gün dəmirlə zəngin ən azı bir qida verin. Həmin qidanı tərəvəzlər və ya C vitamini ilə zəngin meyvə ilə birləşdirmək uşağınızın orqanizminin dəmiri daha effektiv sormasına kömək edəcək.
Orqanizmin kalsium və fosforu sormasına kömək etməklə uşağınızın sümüklərinin inkişafını dəstəkləyən başqa bir vacib qidalandırıcı maddə D vitaminidir. D vitaminin əsas təbii mənbəyi uşağınızın dərisinin məruz qaldığı günəş işığıdır. Amma kifayət qədər günəş işığı qəbul edə bilməyən uşaqlara gündə 7 mkq D vitamini əlavəsi tövsiyə edilir. Yağlı balıqlar, yumurta və zənginləşdirilmiş səhər yeməyi yarmaları bu ehtiyacı qarşılamağın ən gözəl yoludur, amma uşaqların tək bu qidalar ilə kifayət qədər dəmir qəbul etməsi bir qədər çətin ola bilər.
Böyümə südü bu mərhələdə uşağınızın ehtiyac duyduğu qidalandırıcı maddələri qəbul etməsinin digər faydalı yoludur. Onların bəziləri uşağınızın pəhrizini tamamalamaq üçün D vitamini ilə zənginləşdirilib.
Oynamaq uşağınızın öyrənmə vasitəsidir. Oyunlar vasitəsilə uşaqlar paylaşmaq, dinləmək, sosial ünsiyyət və problem həll etmək də daxil olmaqla ömür boyu ehtiyac duyacaqları əsas həyat bacarıqlarını qazanırlar.1
Balaca uşaqlar bəzən tək oynayırlar, bu, tamamilə normaldır. Yanında başqa bir uşaq olsa belə, uşağınız onunla ünsiyyət qurmaya bilər. Bu, “paralel oyun” adlanır. Hansısa mərhələdə, adətən iki yaşına çatanda uşağınız başqaları ilə ünsiyyət qurmağa başlayacaq.
Uşağınızın ətrafında baş verənləri daha çox anlaması onun artan inadkarlığı ilə birləşərək nəzərəti öz əlinə götürmək istəməsi mənasına gələ bilər. Uşağınızın qərarları özü qəbul etməsinə imkan verməyiniz ona dəyər verdiyinizi və dinlədiyinizi hiss etməsinə kömək üçün əla metoddur.
Ona hansı paltarları geyinəcəyini və hansı oyunları oynayacağını seçmək imkanı verin. Eyni zamanda onun yeni koordinasiya bacarıqlarını müxtəlif tərəflərə – yanlara, arxaya, irəli getməsi, həmçinin qaçması və tullanması vasitəsilə istifadə etməsinə kömək edə bilərsiniz.
O, nə qədər çox öyrənsə və başa düşsə, dediklərinizi bir o qədər maraqla dinləyəcək. Uşağınız inkişafının bu mərhələsində çox güman ki, uşaq şeirləri və mahnıları oxumaq istəyəcək, buna görə də yaddaşınızı təzələmək və uşaqlığınızda sevdiyiniz mahnı və şeirləri yada salmaq vaxtıdır.
Onun yanında olarkən istifadə etdiyiniz üz ifadələri və səsləndirdiyiniz sözlərə diqqət etməyi unutmayın. Uşağınız gözləmədiyiniz şəkildə sizi təqlid etməyi öyrənir və hətta 1 yaşında olsa belə, xatırladığı və təkrarladıqları sizin üçün hədsiz təəccüblü gələ bilər.
Son baxış: 26 avqust 2014
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.
Davam etməzdən əvvəl sizi aşağıdakılarla məlumatlandırmaq istəyirik:
1. Daxil olduğunuz üçüncü tərəfin saytı Nutricia tərəfindən idarə olunmur və ya yoxlanılmır.
2. Nutricia üçüncü tərəfin saytında təklif olunan məzmun, xidmətlər və ya məhsullara görə məsuliyyət daşımır.
3. Üçüncü tərəfin saytında etdiyiniz hər hansı əməliyyat və ya qarşılıqlı əlaqə yalnız sizinlə üçüncü tərəf arasındadır.
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Zəhmət olmasa, əvvəlcə bu vacib xəbərdarlığı oxuyun
“Davam” düyməsini sıxmaqla Nutrilon uşaq südləri və digər məhsullarla bağlı məlumatları görə biləcəksiniz. Davam etməyi seçdikdə NutriciaClub-ın məlumatları sizə informasiya məqsədli şəxsi tələbiniz əsasında təqdim etdiyi ilə razılaşırsınız. Zəhmət olmasa, uşağınızı südlərlə qidalandırma və ana südündən qatı qidalara keçirməklə bağlı məlumatlı seçim etmək üçün tibb mütəxəssisi ilə məsləhətləşin.
Ana südü ilə qidalanma körpələr üçün ən xeyirlisidir və körpələrə çoxsaylı faydası var. Əmizdirməyə hazırlaşarkən və ya əmizdirmə dövründə sağlam qidalanmaq və balanslaşdırılmış pəhriz çox vacibdir. Körpənin həyatının ilk həftələrində qarışıq qidalanması və butulka ilə qidalanması ana südü ehtiyatlarının azalmasına gətirib çıxara bilər və imtinadan sonra ana südü ilə qidalanmaya qayıtmaq çətin ola bilər. Uşaq südünün istifadəsi zamanı sosial və maddi nəticələrin olmasını nəzərə almaq lazımdır.
Uşaq südünün, digər qida məhsullarının və ya qidalanma metodlarının yanlış istifadəsi sağlamlıq üçün təhlükəli ola bilər. Sağlamlığa ziyan verməmək üçün uşaq qidalarının hazırlanması və yedizdirilməsi təlimatlarına ciddi əməl etmək lazımdır.