Sualınız var?
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Uşağınız möcüzəli və inanılmaz şəkildə böyüyür və inkişaf edir. Bu sürətli dəyişiklik dövrü hazırkı sağlamlığı dəstəkləmək və gələcəkdəki bütün böyümə və inkişafa xidmət edən sağlam əsasın yaradılması üçün müxtəlif qidalandırıcılar ilə zəngin pəhriz tələb edir. Hansı qidalandırıcı maddələrin nə üçün lazım olduğunu və uşağınızın sağlam pəhrizinə daxil edəcəyiniz qida tövsiyələrini kəşf edin.
1-3 yaş arasında uşağınız böyümə və inkişafının sürətli və vacib dövrünü yaşayır. Bu müddət ərzində çəkisi təxminən 40% artacaq, boyu 25% böyüyəcək və orqanları da böyüyən bədənini dəstəkləmək üçün inkişafa davam edəcək.
Onun inkişafı inanılmaz sürətlə irəliləyir. Artan fiziki və zehni aktivliyi ona ilk titrəyən addımlardan qaçmağa və tullanmağa, başa düşülməyən körpə sözlərindən qarmaqarışıq cümlələrə keçməsinə imkan yaradır. Üçüncü doğum gününə qədər uşağınızın beyninin 75% inkişafı tamamlanacaq.
Bütün bu inkişafı qidalandırmaq üçün uşaqların müxtəlif çeşidli, qidalandırıcılarla zəngin və sağlam pəhrizə ehtiyacları var. Amma bu ehtiyac böyüklərinkindən fərqlidir. Bütün gələcək böyümə və öyrənmə üçün təməllərin atıldığı bu mərhələdə müəyyən qidalar daha vacibdir.
Uşağınızın pəhrizinə daxil edilməli əsas qidalandırıcı maddələr:
Uşaqlar üçün gündəlik tövsiyə edilən dəmir norması 6.9 mq-dır.
Dəmir orqanizmdə bir çox həyati əhəmiyyətli funksiyaları yerinə yetirən mineraldır. O, oksigeni qırmızı qan hüceyrələrində bütün bədən boyu daşıyan proteindir və hemoqlabinin formalaşmasında vacib rol oynayır. Bundan əlavə uşağınızın beyin inkişafını dəstəkləyərək bütün həyatı boyu öyrənməsi üçün təməl yaradır.
Nəticədə uşaqlar çəki nisbətlərinə görə böyüklərlə müqayisədə 5 dəfə daha çox dəmirə ehtiyac duyurlar.
Dəmir bir sıra qidaların tərkibində olsa da, 3 yaşına qədər uşaqların yarısından çoxu öz qidalanmasında tövsiyə olunan miqdarda dəmir qəbul etmir. Dəmir çatışmazlığı uşağınızın özünü yorğun və süst hiss etməsinə səbəb ola bilər, ciddi ölçüdə dəmir çatışmazlığı anemiyası isə ciddi sağlamlıq və inkişaf problemlərinə yol aça bilər.
Uşağınızın hər gün lazımi qədər dəmir qəbul etməsindən əmin olmağınız vacibdir. Aşağıdakı qidalar faydalı mənbələrdir.
Hem dəmir (ən asan sorulan):
Qeyri-hem dəmir:
Gündəlik tövsiyə edilən kalsium miqdarı 350 mq-dır.
Sümüklərin normal inkişafı üçün kalsium vacibdir. Eyni zamanda qanın laxtalanması, sinir və əzələ funksiyaları və uşağınız böyüdükcə dişlərinin sağlam qalmasına kömək edir.
Uşaqların boy nisbətlərinə görə böyüklərlə müqayisədə 3 dəfə daha çox kalsiuma ehtiyacı var və D vitamininin lazımi miqdarda qəbulu onun sorulmasına kömək edir.
Süd mükəmməl kalsium mənbəyidir. Bununla belə, uşağınız gündə 600 ml-dən çox süd içməməlidir, çünki bu onu doydura, digər qidaları və qidalandırıcı maddələri almasına təsir göstərə bilər.
Uşağınızın pəhrizinə daxil edə biləcəyiniz faydalı kalsium mənbələri:
Gündəlik tövsiyə edilən sink miqdarı 4 mq-dır.
Sink orqanizmin bütün toxumalarında mövcud olan mineraldır. Böyümə, sümük metobolizmi, yaraların sağalması və fermentativ funksiyada iştirak edir. O, həmçinin uşağınızın dad və iybilmə duyğusuna da təsir edir.
Uşaqların boy nisbətlərinə görə böyüklərlə müqayisədə 3 dəfə daha çox sinkə ehtiyacları var və onun sağlam şəkildə qəbulu bütün uşaqlıq çağlarında optimal böyüməyə töhfə verir.
Uşağınızın pəhrizi üçün sinklə zəngin qidalar:
Gündəlik tövsiyə edilən A vitamini miqdarı 400 mikroqramdır (0.4 mg).
A vitamini görmədə, dəri və hüceyrə sağlamlığında rol oynayan bir çox funksiyalara malikdir. Bu vitaminin düzgün şəkildə qəbulu sağlam immunitet reaksiyası formalaşdırmaqla uşağınızın gələcək sağlamlığını dəstəkləyir.
Bunların tərkibində A vitamini mövcuddur:
Digər A vitamini mənbəyi tünd yaşıl və narıncı meyvə və tərəvəzlərin tərkibində mövcud olan və orqanizmin istifadə edilə biləcək şəklə çevirdiyi beta-karotendir. Uşağınızın pəhrizinə kök, şirin kartof, şalğam, manqo, ispanaq, tünd yaşıl kələm və yem kələmi kimi bol miqdarda faydalı mənbələri daxil edin.
Gündəlik tövsiyə edilən C vitamini miqdarı 30 mq-dır.
C vitamini uşağın inkişaf edən immun sisteminin fəaliyyətində əhəmiyyətli rola malikdir, təbii antioksidant və antiqistamindir. Uşağınızın qidalanmasını bol miqdarda C vitamini ilə təmin etməklə onu həyatı boyu dəstəkləyəcək təbii müqavimətinin güclənməsinə kömək edə bilərsiniz.
Uşaqların boy nisbətlərinə görə böyüklərlə müqayisədə 4,5 dəfə daha çox C vitamininə ehtiyacları var.
Uşağınızın pəhrizinə C vitamini ilə zəngin, xüsusən aşağıdakı meyvə və tərəvəzləri daxil edin:
Gündəlik tövsiyə edilən D vitamini miqdarı 7 mikroqramdır.
Sümüklərin normal inkişafındakı rolu ilə tanınan D vitamini bir neçə başqa funksiyalara da malikdir. O, uşağınız böyüdükcə onu qoruyacaq sağlam immun sisteminin formalaşmasında rol oynayır, sağlam immunitet funksiyasına və infeksiyalara qarşı müdafiəyə kömək edir.
Ən əsas D vitamini mənbəyi ultrabənövşəyi günəş şüalarıdır. Uşağınızın dərisini qorumaq üçün gün kremlərindən istifadə etmək vacibdir, amma bu, kifayət qədər təbii D vitamini qəbuluna əngəl yaradır.
Uşaqlarda orta hesabla D vitamini tələbatı qidalandırıcı maddələrin tövsiyə edilən normasının cəmi 27%-ni təşkil edir.
Bəzi qidaların tərkibində D vitamini mövcuddur, amma uşaqların tövsiyə olunan miqdarı yalnız qidalanma yolu ilə əldə etmələri çətindir. Buna görə də tibb mütəxəssisləri uşaqların gündəlik olaraq D vitamini əlavəsi qəbul etmələrini məsləhət görürlər. Vitamin damcıları və zənginləşdirilmiş böyümə südü uşağınızın ehtiyac duyduğu lazımi miqdarı almasını təmin edəcək.
Yemək saatları arasında uşağınıza qidalandırıcı maddələr baxımından zəngin əlüstü qidaları təklif edin:
Son baxış: 27 avqust 2014
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.
Davam etməzdən əvvəl sizi aşağıdakılarla məlumatlandırmaq istəyirik:
1. Daxil olduğunuz üçüncü tərəfin saytı Nutricia tərəfindən idarə olunmur və ya yoxlanılmır.
2. Nutricia üçüncü tərəfin saytında təklif olunan məzmun, xidmətlər və ya məhsullara görə məsuliyyət daşımır.
3. Üçüncü tərəfin saytında etdiyiniz hər hansı əməliyyat və ya qarşılıqlı əlaqə yalnız sizinlə üçüncü tərəf arasındadır.
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Zəhmət olmasa, əvvəlcə bu vacib xəbərdarlığı oxuyun
“Davam” düyməsini sıxmaqla Nutrilon uşaq südləri və digər məhsullarla bağlı məlumatları görə biləcəksiniz. Davam etməyi seçdikdə NutriciaClub-ın məlumatları sizə informasiya məqsədli şəxsi tələbiniz əsasında təqdim etdiyi ilə razılaşırsınız. Zəhmət olmasa, uşağınızı südlərlə qidalandırma və ana südündən qatı qidalara keçirməklə bağlı məlumatlı seçim etmək üçün tibb mütəxəssisi ilə məsləhətləşin.
Ana südü ilə qidalanma körpələr üçün ən xeyirlisidir və körpələrə çoxsaylı faydası var. Əmizdirməyə hazırlaşarkən və ya əmizdirmə dövründə sağlam qidalanmaq və balanslaşdırılmış pəhriz çox vacibdir. Körpənin həyatının ilk həftələrində qarışıq qidalanması və butulka ilə qidalanması ana südü ehtiyatlarının azalmasına gətirib çıxara bilər və imtinadan sonra ana südü ilə qidalanmaya qayıtmaq çətin ola bilər. Uşaq südünün istifadəsi zamanı sosial və maddi nəticələrin olmasını nəzərə almaq lazımdır.
Uşaq südünün, digər qida məhsullarının və ya qidalanma metodlarının yanlış istifadəsi sağlamlıq üçün təhlükəli ola bilər. Sağlamlığa ziyan verməmək üçün uşaq qidalarının hazırlanması və yedizdirilməsi təlimatlarına ciddi əməl etmək lazımdır.