Sualınız var?
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Hamiləlik dövründə yediyiniz qidalar orqanizminizin qidalandırıcı maddələr ilə təmin olunmasına kömək edir, bununla da körpəniz böyüyür və inkişaf edir. Amma son araşdırmalar körpənizin ana bətnində aldığı qidalandırıcıların onun gələcək sağlamlığı üzərində daha əvvəllər düşünüldüyündən daha böyük təsirə sahib olduğunu göstərir. Hamiləlik qidalanmasının doğuşdan sonra körpənizin sağlamlığında necə əhəmiyyətli rol oynadığı və qidalandırıcı maddələrin qəbulunu necə artırmaq barədə öyrənin.
Daxili səsimiz bizə hamiləlikdə yaxşı qidalanmağın ana və körpə üçün faydalı olduğunu deyir. Amma yalnız son dövrlərdə daha da inkişaf edən elm hamiləlik pəhrizinin nə qədər təsirli ola biləcəyini ortaya çıxarır.
Körpələrin hamiləlik dövründə aldıqları qidalandırıcı maddələrin ana bətnində böyümələrini və inkişaflarını dəstəkləməkdən daha çoxunu etdiyi artıq hamı tərəfindən qəbul edilmişdir. Bundan başqa körpənin ilk illərindəki və uşaqlıq dövründəki sağlamlığına da təsir edir.1
Bu, sağlam seçimlər edərək və yaxşı balanslaşdırılmış, qidalandırıcılar ilə zəngin pəhrizlə körpənizin sağlamlığını on illər boyunca dəstəkləməyiniz mənasına gəlir.
Hamiləlik dövründə körpəniz tək bir hüceyrədən başlayaraq tam formalaşmış bənzərsiz və gözəl bir körpəyə çevrilir. Bu böyümə üçün müəyyən qidalandırıcılar çox əhəmiyyətlidir və onları tövsiyə edilən miqdarda hamiləlik pəhrizinizə daxil etməyiniz körpənizin sağlam gələcək üçün ən yaxşı başlanğıcı təmin etməyə kömək edəcək.
Protein, yağlar və karbohidratlardan (körpənizin enerjisinin böyük qismini təmin edən makroelementlər) başqa, bir çox mikroelementlər də normal böyümə və inkişaf üçün lazımlıdır.2
Körpənizin inkişafında bir çox qidalandırıcı iştirak etsə də, aşağıda göstərilən vitaminlər, minerallar və yağlar hamiləlik dövründə xüsusilə vacibdir. C, D və A vitaminləri, fol turşusu, tiamin və riboflavin kimi bəzilərinin tövsiyə edilən miqdarı həmişəki normadan daha yüksəkdir. Amma müxtəlif çeşidli qidaların tərkibində olduğu üçün ehtiyacınız olan miqdarı qəbul etmək ehtimalınız böyükdür.1,2
Müəyyən əsas qidalandırıcıların ehtiyac duyulan miqdarları və onları necə əldə edə biləcəyiniz barədə daha ətraflı məlumat üçün hamiləlik qidalandırıcıları səhifəsinə nəzər yetirin.
Körpənizin görməsinin normal inkişafı üçün vacib qidalandırıcı olan A vitamini immun sistemini də dəstəkləyir.3 Hamiləlik dövründə bu qidalandırıcı madddənin düzgün şəkildə qəbul edilməsi, körpənizin orqanizminin infeksiyalarla mübarizə aparmaq və onu sağlam saxlamaq üçün ehtiyac duyduğu ehtiyatla təmin etməsinə kömək edəcək.4
C vitamini körpənizin bədəninin təməl daşlarından olan kollagenin əmələ gəlməsi üçün vacibdir. Bundan başqa orqanizminizin körpənizin koqnitiv inkişafı üçün vacib olan digər qidalardan, yəni bitki mənşəli mənbələrdən dəmiri sormasına da kömək edir.5
D vitamini körpənizin kalsium və fosfat ilə təmin olunmasında dəstəkləyici rol oynayır.6 Bu qidalandırıcı maddələr hamiləlik dövründə körpənizin sümüklərini formalaşdırmaq üçün lazımlıdır və sağlam ehtiyatı uşaqlıq boyunca onun inkişafının necə davam edəcəyi üzərində böyük təsirə malik ola bilər.6 Kifayət qədər D vitamini səviyyəsinin astma və diabet də daxil olmaqla müxtəlif xəstəliklərin riskini azaltdığı da düşünülür.
D vitamini üçün ən effektiv mənbə dəriyə günəş şüalarının təsiridir. Amma ultrabənövşəyi şüalar il boyunca qeyri-bərabər olduğu üçün hamiləlik dövründə və körpənizi əmizdirərkən vitamin əlavəsi şəklində tövsiyə olunan iki qidalandırıcıdan biridir.6
Folat körpənizin ən erkən inkişafında – nəticədə beyin, sinirlər və onurğa beyninə çevriləcək sinir borusunun formalaşmasında – iştirak edir. Bu kritik mərhələdə normal inkişaf, gələcəkdə baş verəcək bütün inkişaf üçün ən yaxşı başlanğıcı təmin edir və körpənizin daha sonrakı həyatında xəstəliklər riskinin azalmasına səbəb olur.7
Bu səbəbdən və tövsiyə edilən miqdarı qidalar vasitəsilə əldə etmək çətin olduğu üçün həm hamiləlikdən əvvəl, həm də hamiləliyin 12-ci həftəsinə qədər fol turşusu qəbul etmək tövsiyə olunur.
Yoda sadəcə kiçik miqdarda ehtiyac duyulmasına baxmayaraq, körpənizin beyin inkişafına töhfə verən qalxanvari vəz hormonlarının əmələ gəlməsi üçün vacibdir.8
Bu mikroelementin kifayət qədər qəbul edilməsi körpənizin danışmağı öyrənməsinə, yaddaşına, problem həll etməsinə, qərar verməsinə və həyatı boyunca onu dəstəkləmək üçün lazım olan bir çox bacarıqları yerinə yetirməsinə kömək edən koqnitiv inkişafı dəstəkləyir.8
Hamiləlik dövründə qanın həcmi dramatik dərəcədə artır. Qanın əhəmiyyətli bir komponenti olan dəmir hamiləlik pəhrizinizə daxil etməli olduğunuz vacib mineraldır.9
Sağlam dəmir təmini dəmir əskikliyi anemiyası ehtimalını azaldır və körpənizin beyin inkişafını dəstəkləyir. Bundan əlavə, körpənizin həyatının ilk aylarında etibar edəcəyi dəmir ehtiyatının formalaşmasına da kömək edir.10
Yağda həll olan K vitamini qanın normal laxtalanmasına kömək edir. Hamiləlik dövründə kifayət qədər tədarük olunması körpənizin ehtiyat saxlamasına kömək edərək doğuşdan sonra laxtalanma riskini azaldır.
Omeqa-3 koqnitiv inkişafı dəstəkləməsi və ürək xəstəliyi riskini azaltması ilə bilinən faydalı yağ turşusu növüdür.
Faydalı Omeqa-3 mənbəyi yağlı balıqlardır, çünki oqranizminizin ehtiyac duyduğu DHA kimi bilinən uzun zincirli yağ turşusunun əvvəlcədən formalaşmasını təmin edir. Bu xüsusi yağ turşusu beyin və göz toxumalarının əsas komponentidir.11,5 Körpənizin həm kritik inkişaf mərhələsində, həm də həyatı boyunca düşünməsini, öyrənməsini və başa düşməsini təmin edən normal beyin fəaliyyəti üçün kifayət qədər və uyğun şəkildə balanslaşdırılmış Omeqa-3 mənbəyi lazımdır.
Son baxış: 18 avqust 2014
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Zəhmət olmasa, əvvəlcə bu vacib xəbərdarlığı oxuyun
“Davam” düyməsini sıxmaqla Nutrilon uşaq südləri və digər məhsullarla bağlı məlumatları görə biləcəksiniz. Davam etməyi seçdikdə NutriciaClub-ın məlumatları sizə informasiya məqsədli şəxsi tələbiniz əsasında təqdim etdiyi ilə razılaşırsınız. Zəhmət olmasa, uşağınızı südlərlə qidalandırma və ana südündən qatı qidalara keçirməklə bağlı məlumatlı seçim etmək üçün tibb mütəxəssisi ilə məsləhətləşin.
Ana südü ilə qidalanma körpələr üçün ən xeyirlisidir və körpələrə çoxsaylı faydası var. Əmizdirməyə hazırlaşarkən və ya əmizdirmə dövründə sağlam qidalanmaq və balanslaşdırılmış pəhriz çox vacibdir. Körpənin həyatının ilk həftələrində qarışıq qidalanması və butulka ilə qidalanması ana südü ehtiyatlarının azalmasına gətirib çıxara bilər və imtinadan sonra ana südü ilə qidalanmaya qayıtmaq çətin ola bilər. Uşaq südünün istifadəsi zamanı sosial və maddi nəticələrin olmasını nəzərə almaq lazımdır.
Uşaq südünün, digər qida məhsullarının və ya qidalanma metodlarının yanlış istifadəsi sağlamlıq üçün təhlükəli ola bilər. Sağlamlığa ziyan verməmək üçün uşaq qidalarının hazırlanması və yedizdirilməsi təlimatlarına ciddi əməl etmək lazımdır.