İstehsal prosesi

Xülasə

Bizim südlü qatışıqlar qayğı və təcrübə ilə hazırlanır. Təzə inək südünü uyğunlaşdırılmış südlü qatışığa necə çevirdiyimiz barədə daha ətraflı oxuyun.

Tərkibinə daxil etdiyimiz inqrediyentlərin incəliklə araşdırılmış qarışığına yetirdiyimiz diqqət qədər südlərimizin təhlükəsizliyinə və keyfiyyətinə də əhəmiyyət veririk. Nutrilon Premium keyfiyyəti və təhlükəsizlik zəmanəti barədə daha ətraflı öyrənin.

Fermadan qablaşdırmaya

Nutrilon Premium südlü qarışığı öz həyatına təzə inək südü olaraq başlayır. Yüksək keyfiyyətli maddələrdən istifadə və 40 illik araşdırmalarımızdan əldə etdiyimiz biliklərdən sonra bu süd qatışığa çevrilir.

Uşağın böyüməsi və inkişafının müxtəlif mərhələlərinə uyğunlaşdırılmış zəruri əlavələrin balansını əlavə edirik. Toz qatışığı üçün biz zənginləşdirilmiş südü yüksək təzyiqli sprey və isti, filtrlənmiş hava dumanından istifadə edərək quruduruq.

Toz şəklinda olan Nutrilon Premium südləri xüsusi hazırlanmış qablaşdırmaya yığılır və sizin hazırlayacağınız hər yeməyin düzgün miqdarda qidalandırıcı maddələrə malik olacağından əmin olmaq üçün ora bir ölçü qaşığı əlavə olunur. Şüşə qabda olan istifadəyə hazır çeşidlərimizə də eyni qayğı göstərilir.

Qablaşdırmadan əvvəl və sonra ənənəvi nümunə götürmə və qida dəyəri analizi də daxil olmaqla son yoxlamalar bizi tərk edən hər qablaşdırmanın bizim tələb olunan məhsul xüsusiyyətlərinə cavab verməsini təmin edir.

Keyfiyyətə zəmanət verilir

Sizi və körpənizi əlimizdən gələn ən yaxşısı ilə təmin etməyi özümüzə borc bilirik.

Heç bir supermarket brendi üçün istehsal etmirik.

Yüksək keyfiyyətə öhdəliklərimiz barədə daha ətraflı məlumat əldə edin.

Vacib qeyd

Ana südü ilə qidalanma körpələr üçün ən yaxşısıdır. Körpələr ana südü ilə qidalanmadığı halda körpə üçün südlü qatışıq doğuşdan başlayaraq uyğundur. Davam südü qarışıq qidalanmanın bir hissəsi olaraq yalnız 6 aydan böyük körpələr üçündür və 6 aydan əvvəl ana südü əvəzləyicisi kimi istifadə edilməməlidir. Biz ana südündən ayırma qərarı da daxil olmaqla südlü qatışıqdan körpənin fərdi ehtiyacları nəzərə alınmaqla həkim, tibb işçisi və ya ana və uşağın sağlamlığından məsul olan digər mütəxəssisin məsləhəti ilə istifadə olunmasını tövsiyə edirik.

Uşağınıza inək südü allergiyası diaqnozu qoyulubsa, məhsuldan istifadə etməyin.

1 yaşdan başlayaraq çeşidli balanslı qidalanmanın bir hissəsi olaraq böyümə südündən istifadə edin.

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x