Hamiləlik musiqisi: hələ doğulmamış körpələrə təsiri

Onun qulaqlarındakı musiqi

Körpəniz ana bətnində musiqiyə necə və niyə reaksiya verir

Alimlər hamiləliyin üçüncü rübündə körpənin anasının səsini, ana dilini tanıdığını və hətta sözləri və laylaları yadda saxladığını təsdiqləyirlər.1,2 Bu məntiqlə musiqinin də təsirə malik olduğu düşünülür, bəs klassik musiqiyə qulaq asması dölü daha ağıllı edə bilərmi?

Körpənizin erkən dil inkişafının elmi əsası və onu necə həvəsləndirmək barədə silsilə məqalə və videolarımız vasitəsilə öyrənin.

parenting icon circle

Parlaq gələcək buradan başlayır

Körpənizin gələcəyinin formalaşmasına kömək etmək üçün onun inkişafı barədə daha çox öyrənin

‘Motsart effekti’

Hamilə qadının qarnına klassik musiqi səsləndirməyin körpəni daha ağıllı etməsi barədə fikirlər 1990-cı illərin sonlarında məşhurlaşmağa başladı və hamilə analara beyin gücləndirici musiqi satan sənaye halına gəldi.3,4 Amma bunun körpənizin gələcəyini daha parlaq edə biləcəyini təsdiqləyən çox az dəlil var. Bu əfsanə psixoloq Frances Rauscherin Amerikada kollec tələbələri arasında apardığı araşdırmadan yaranmışdı; bu araşdırma IQ ilə Motsartı dinləməyin arasında az da olsa, əlaqənin olduğunu müəyyən etmişdir. Tələbələrdən hələ doğulmamış körpələrə necə keçid edildiyi müəmma olaraq qalır, amma körpənizə ən yaxşısını bəxş eləmək arzusundan yarana bilər.3

Motsart körpənizi daha ağıllı eləməsə də, onun beynini daha aktiv edə bilər. Musiqi eşidərkən bətndəki körpənin beyin fəallığının artdığı müəyyən edilmişdir.5

Pregnancy headphones on bump
Ana ucadan kitab oxuyanda onun səsinin hələ doğulmamış və yeni doğulmuş körpə üzərində sakitləşdirici təsiri olur.

Səsiniz və körpəniz

Anasının səsinin hələ doğulmamış körpə üzərində təsiri barədə çox sayda araşdırma aparılmışdır. Ana ucadan kitab oxuyanda onun səsinin hələ doğulmamış və yeni doğulmuş körpə üzərində sakitləşdirici təsiri olur və onun ürək ritmini azaldır.5 Səsin intonasiyasının hələ doğulmamış körpənin eşitmə bacarıqlarını formalaşdırdığı, bununla da onun öz anasının səsini tanıdığı və üstünlük verdiyinə səbəb olduğu təsdiqini tapmışdır.6 Ananın səsi təkcə körpənin eşitmə sisteminə təsir etmir, heyrətləndirici olsa da, onun sosial və emosional inkişafına da təsir göstərir.5

Hamiləlik dövründə musiqi körpənin beynində uzun müddətli təsirə malik olur.

Musiqi və beyin

Klassik musiqinin daha ağıllı körpələrin doğulmasına səbəb olduğu sübuta yetirilməsə də, maraqlı araşdırmalar musiqinin doğuşdan əvvəl beynin inkişafında rol oynadığını üzə çıxarmışdır. 2013-cü ildə Avropada keçirilən araşdırma musiqinin hələ doğulmamış körpənin beyninin inkişafında uzun müddətli təsirə malik olduğunu göstərir.7 Körpələrin ana bətnində onlara səsləndirilən “Twinkle, Twinkle Little Star” mahnısının versiyasını tanıdıqları, mahnının digər versiyalarına isə fərqli reaksiya göstərdikləri aşkar olunmuşdur.7

Sakitləşdirici musiqi hələ doğulmamış körpəni qidalanmağa həvəsləndirə bilər.

İnanılmaz olsa da, digər araşdırmalar körpələrin musiqi ritmlərini müəyyən etmək bacarığı ilə doğulduqlarını göstərir.8 Daha əhəmiyyətlisi isə, bəzi araşdırmalar göstərir ki, sakitləşdirici musiqi hələ doğulmamış körpələri qidalanmağa təşviq edə və həyati vacib göstəricilər olan ürək ritmləri və oksigen hopdurma səviyyələrini yaxşılaşdıra bilər.9

Körpələrə layla oxumaq valideynlər və dayələr üçün həmişə adi hal olub və uşaqlıq boşluğunda musiqi dinləməyin də hələ tam araşdırılmamış faydaları ola bilər.

Maraqlı məqam odur ki, 2014-cü ildə aparılan araşdırma hamilə qadınların hamilə olmayan qadınlara nisbətən musiqiyə daha həssas olduqlarını və buna qarşılıq olaraq qan təzyiqində artım olduğunu göstərir.10

Təhlükəsiz musiqi

Üçüncü rübdə körpəniz sizin səsləndirdiyiniz musiqini tam aydın eşidə biləcək. Laylalar kimi incə səslər sakitləşdirici təsir bağışladığı halda, yüksək və ya qarmaqarışıq səslər hələ doğulmamış körpələri ürküdə bilər və həddən artıq səs-küy stres yarada bilər.11 Səsin çox yüksək olmadığından və seçdiyiniz musiqinin kifayət qədər melodik olmasına diqqət edin; körpənizi ən sevdiyiniz metal rok mahnısı ilə tanış etmək üçün daha bir neçə il gözləyin!

NÖVBƏTİ ADDIMLAR

  • Bəlkə evdə musiqi qoşasınız və onun reaksiyasına baxasınız? Sadəcə unutmayın ki, səsini yüksək etmək olmaz!
  • Dinclik sizin hər ikiniz üçün xeyirlidir, odur ki, özünüzə vaxt ayırıb ayaqlarınızı uzadın və körpənizi xoşbəxt edən mahnıları dinləyin.
  • Canlı musiqiyə qulaq asmaqdan xoşunuz gəlirsə, gedin. Körpəniz onu əhatə edən qatlar sayəsində ən yüksək səslərdən də qorunur. Bununla belə, uzun müddət davam edən yüksək səs-küy zərərli ola bilər.
  • Qarnınıza mahnı oxumağınız körpənizlə bağlılıq yaratmağın gözəl bir yoludur və körpəniz sizin səsinizi qiymətləndirəcək.
  • Qarnınızla söhbət eləməyin inanılmaz faydaları barədə daha ətraflı öyrənin.

Bu, erkən dil inkişafını izah edən sadəcə bir məqalədir. Daha ətraflı məlumat üçün bizim mütəxəssislərin məqalə və videoları ilə tanış olun.

  1. Voegtline KM et al. Near-term fetal response to maternal spoken voice Infant Behavior & Development 2013;36:526–533
  2. Kisilevsky BS et al. Fetal sensitivity to properties of maternal speech and language. Infant Behav Dev 2008;32:59-71.
  3. Swaminathan N. Babies Exposed to classical music end up smarter [Online]. 2007. Available at: http://www.scientificamerican.com/article/fact-or-fiction-babies-ex/ [Accessed: April 2016].
  4. Jahn M et al. Music devices for the fetus? An evaluation of pregnancy music belts. J Perinat Med. 2015 Aug 13. pii: [Epub ahead of print].
  5. Partanen E et al. Learning-induced neural plasticity of speech processing before birth. Proc Natl Acad Sci USA 2013;110:15145-5.
  6. Fifer WP and Moon CM. The role of mother’s voice in the organization of brain function in the newborn Acta Paediatr Suppl 1994; 397:86–93
  7. Partanen E et al. Prenatal music exposure induces long-term neural effects. PLoS One 2013;8(10):e78946
  8. Winkler I et al. Newborn infants detect the beat in music. Proc Natl Acad Sci U S A 2009;106(7):2468-71.
  9. Loewy J et al. The effects of music therapy on vital signs, feeding, and sleep in premature infants. Pediatrics 2013;131(5):902-18.<
  10. Hans Fritz T et al. Enhanced response to music in pregnancy. Psychophysiology 2014;51(9):905-11.
  11. Committee on Environmental Health. Noise: A hazard for the fetus and newborn. Pediatrics 1997;100(4):724-7.

Son baxış: 19 iyun 2016

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x