Sualınız var?
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Hazırlıq müddəti: 3 dəqiqə. Bişmə müddəti: 15 dəqiqə. Porsiya: 4
Böyürtkən və moruğun tərkibində lifli maddələr və C vitamini olduğu halda, yulaf yarması B vitamini mənbəyidir, qatıq isə protein və kalsiumu təmin edir. İstəsəniz, giləmeyvələri doğranmış alma və ya armud, yaxud başqa meyvə ilə əvəzləyə bilərsiniz.
Bu yemək: Vegetarian • az yağlı və az duzlu • tərkibində liflər var • tərkibində protein və C vitamini var
Hər porsiyanın tərkibi:
Qida dəyəri | Miqdarı | Qidalandırıcı qəbulu norması (%) |
---|---|---|
Enerji | 285 kkal | 14% |
Yağ | 7.2 q | 10% |
Doymuş yağ | 2.9 q | 15% |
Şəkər | 17 q | 19% |
Duz | 0.26 q | 4% |
Hamiləlik hormonları nəticəsində həzm sisteminiz zəifləyibsə, lifli maddələr bu prosesi yoluna qoymağa kömək edə bilər.1
Reseptin tərkibindəki allergenlər: yulaf, süd. Qida dəyəri barədə bütün məlumatlar 100 qrama əsaslanır, amma diqqət edin ki, bu, tövsiyə edilən porsiya miqdarı deyil.
* Moruq: Tərkibindəki C vitamini hüceyrələrinizi qorumağa və onların sağlam qalmasına kömək edir2
* Böyürtkən: Spina bifida kimi sinir borusu qüsurları riskinin azalmasına kömək edən fol turşusu ilə təmin edir. Hamiləlik dövründə fol turşusu əlavəsinin qəbulundan əlavə fol turşusu ilə zəngin qidaları yemək də tövsiyə olunur3
* Yulaf: Tərkibindəki dəmir hamiləlikdə körpənizin lazımi miqdarda oksigen və qidalandırıcılar almasına kömək edir1
* Qatıq: Körpənizin sümükləri və dişləri üçün vacib olan kalsiumu təmin edir4
Son baxış: 7 sentyabr 2018
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Zəhmət olmasa, əvvəlcə bu vacib xəbərdarlığı oxuyun
“Davam” düyməsini sıxmaqla Nutrilon uşaq südləri və digər məhsullarla bağlı məlumatları görə biləcəksiniz. Davam etməyi seçdikdə NutriciaClub-ın məlumatları sizə informasiya məqsədli şəxsi tələbiniz əsasında təqdim etdiyi ilə razılaşırsınız. Zəhmət olmasa, uşağınızı südlərlə qidalandırma və ana südündən qatı qidalara keçirməklə bağlı məlumatlı seçim etmək üçün tibb mütəxəssisi ilə məsləhətləşin.
Ana südü ilə qidalanma körpələr üçün ən xeyirlisidir və körpələrə çoxsaylı faydası var. Əmizdirməyə hazırlaşarkən və ya əmizdirmə dövründə sağlam qidalanmaq və balanslaşdırılmış pəhriz çox vacibdir. Körpənin həyatının ilk həftələrində qarışıq qidalanması və butulka ilə qidalanması ana südü ehtiyatlarının azalmasına gətirib çıxara bilər və imtinadan sonra ana südü ilə qidalanmaya qayıtmaq çətin ola bilər. Uşaq südünün istifadəsi zamanı sosial və maddi nəticələrin olmasını nəzərə almaq lazımdır.
Uşaq südünün, digər qida məhsullarının və ya qidalanma metodlarının yanlış istifadəsi sağlamlıq üçün təhlükəli ola bilər. Sağlamlığa ziyan verməmək üçün uşaq qidalarının hazırlanması və yedizdirilməsi təlimatlarına ciddi əməl etmək lazımdır.