Sualınız var?
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Hazırlıq müddəti: 10 dəqiqə. Porsiya: 22 x 45 q porsiyalar
Bu səhər yeməyindəki qabıqlı çərəzlər və toxumlar sağlam doymamış yağ turşuları, geniş çeşidli vitamin və mineralları təmin edir. Hazırlamaq üçün etməli olduğunuz tək şey qarışdırmaqdır.
Bu yemək: Tərkibində süd məhsulları yoxdur • veqan • vegetarian • az miqdarda yağ, şəkər və duz • lif, protein, E vitamini, biotin, fosfor və mis • yüksək miqdarda manqan.
Hər porsiyanın tərkibi:
Qida dəyəri | Miqdarı | Qidalandırıcı qəbulu norması (%) |
---|---|---|
Enerji | 214 kkal | 11% |
Yağ | 12 q | 17% |
Doymuş yağ | 1.3 q | 7% |
Şəkər | 4.5 q | 5% |
Duz | 0.18 q | 3% |
Allergiya olmadığı halda gələcək analar hamiləlik vaxtı qabıqlı çərəzlər yeyə bilərlər. Hamiləlikdə qabıqlı çərəzlər yeməyin körpənizdə uşaqlıq yaşlarında allergiyanın yaranması ehtimalını azaltdığı güman edilir.1
Reseptin tərkibindəki allergenlər: yulaf, qabıqlı çərəzlər (badam), küncüt toxumu, qlüten və sulfitlər.
* Yulaf: Sizdəki hormonal dəyişiklər səbəbindən yaranan qəbizliyin qarşısını almağa kömək edən lifli maddələri təmin edir2
* Ərik: Tərkibindəki dəmir hamiləlik dövründə körpənizin lazımi oksigen və qidalandırıcıları almasına kömək edir3
* Badam: Spina bifida kimi sinir borusu qüsurları riskini azaltmağa kömək edən fol turşusunu təmin edir. Mütəxəssislər hamiləlik dövründə fol turşusu ilə zəngin qidaları yeməkdən başqa fol turşusu əlavəsi qəbulunu da tövsiyə edirlər4
Son baxış: 7 sentyabr 2018
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Zəhmət olmasa, əvvəlcə bu vacib xəbərdarlığı oxuyun
“Davam” düyməsini sıxmaqla Nutrilon uşaq südləri və digər məhsullarla bağlı məlumatları görə biləcəksiniz. Davam etməyi seçdikdə NutriciaClub-ın məlumatları sizə informasiya məqsədli şəxsi tələbiniz əsasında təqdim etdiyi ilə razılaşırsınız. Zəhmət olmasa, uşağınızı südlərlə qidalandırma və ana südündən qatı qidalara keçirməklə bağlı məlumatlı seçim etmək üçün tibb mütəxəssisi ilə məsləhətləşin.
Ana südü ilə qidalanma körpələr üçün ən xeyirlisidir və körpələrə çoxsaylı faydası var. Əmizdirməyə hazırlaşarkən və ya əmizdirmə dövründə sağlam qidalanmaq və balanslaşdırılmış pəhriz çox vacibdir. Körpənin həyatının ilk həftələrində qarışıq qidalanması və butulka ilə qidalanması ana südü ehtiyatlarının azalmasına gətirib çıxara bilər və imtinadan sonra ana südü ilə qidalanmaya qayıtmaq çətin ola bilər. Uşaq südünün istifadəsi zamanı sosial və maddi nəticələrin olmasını nəzərə almaq lazımdır.
Uşaq südünün, digər qida məhsullarının və ya qidalanma metodlarının yanlış istifadəsi sağlamlıq üçün təhlükəli ola bilər. Sağlamlığa ziyan verməmək üçün uşaq qidalarının hazırlanması və yedizdirilməsi təlimatlarına ciddi əməl etmək lazımdır.