Sualınız var?
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Körpənizin bədənində əmələ gələn toxuma və DNK-nın sürətli inkişafı hamiləlik dövründə sink ilə yaxşı təmin olunmaqdan asılıdır. Bu vacib mineralın sizin sağlamlığınızı necə dəstəklədiyi və kifayət qədər qəbul etmək üçün hansı qidaları yeməli olduğunuz barədə öyrənin.
Bir çox qidanın tərkibində mövcud olan sink hamiləlik dövründə körpənizin hüceyrələrinin və DNT-nin qurulmasında önəmli rol oynayır.
Sink körpəniz böyüdükcə normal inkişafını dəstəkləyən hüceyrələrin bölünməsi və toxumaların böyüməsi üçün lazımlıdır. Hamiləlik körpənizin bir adi hüceyrədən başlayaraq trilyonlarla hüceyrədən ibarət balaca insana qədər böyüdüyü dövr olduğu üçün düzgün balanslaşdırılmış pəhrizin bir hissəsi kimi sinkin sağlam şəkildə qəbul ediləsi vacibdir.
Sink həmçinin immun sisteminə faydaları, infeksiyalara qarşı müdafiə və yaraları sağaltmağa kömək etməsi ilə də tanınır1 və digər vacib qidalandırıcıların mübadilə edilməsinə kömək edir.
Hamiləlik dövründə kifayət qədər sink qəbul etməyinizin körpəniz üçün normal böyümədən başqa da faydaları var. Beyində yüksək konsentrasiyalarda tapılmışdır, beynin normal fəaliyyəti üçün əhəmiyyətlidir, bu da gələcəkdəki bütün öyrənmə və inkişafına töhfə verir.2 O, həmçinin anticisimlərin lazımi miqdarda qorunmasına kömək edərək sağlam immun sisteminin formalaşmasını dəstəkləyir.1
Pəhrizinizə düzgün miqdarda sink daxil etmək hamiləlik dövründə immun sisteminiz təbii olaraq təzyiqə məruz qalarkən və infeksiyalara qarşı daha müdafiəsiz hala gələrkən xüsusən vacibdir.3 Sink əlavə immuniteti təmin edən qidalandırıcılardan biridir,1 bu da onu həm sizin, həm də körpənizin sağlamlığı üçün əhəmiyyətli edir.
Hamiləlik boyunca sağlam sink qəbulunu davam etdirmək erkən doğuş riskini azaltması ilə də əlaqələndirilir.4
Bir çox qidanın tərkibində olan sink hamiləlik dövründə körpənizin hüceyrələrinin və DNK-nın formalaşmasında vacib rola malik mineraldır.
Körpənizin inkişafında bu qədər vacib rol oynamasına baxmayaraq, hamiləlik dövründə sinkin tövsiyə olunan günlük miqdarı hamiləlikdən əvvəlki dövr ilə eynidir: 7 mq. Bununla belə, körpənizi əmizdirərkən ehtiyacınız əhəmiyyətli dərəcədə artır, körpəniz 4 aylıq olana qədər 13 mq-a yüksəlir, bundan sonra isə gündə 9,5 mq-a düşür. Qidaların çoxunda mövcud olan bu miqdarı yaxşı balanslaşdırılmış qidalanma ilə almaq mümkündür.5
İnanılmaz olsa da, bir istridiyənin (dəniz ilbizi) tərkibində gündəlik sink ehtiyacınızdan daha çox sink var. Bununla belə, çiy istridyə qida zəhərlənməsi riski səbəbindən hamiləlikdə uzaq durulmalı qidalar arasındadır.
Bunun əvəzində, aşağıdakı qidaları pəhrizinizə daxil etməyə çalışın:5,6
Tam buğda çörəyi, zənginləşdirilmiş yarmalar və qarğıdalı da sinki təmin edir, amma onların tərkibindəki fitatlar sinkin digər qidalardan sorulmasına mane ola bilər. Digər mənbələrdən qəbul etməyinizi ən üst səviyyəyə çatdırmaq üçün bu qidaları eyni vaxtda yeməkdən çəkinmək lazımdır.
Sink qəbulunu artırmaq üçün sink ilə zəngin bu yüngül yeməkləri və əlüstü aidaları sınayın:
Son baxış: 11 avqust 2017
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.
Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
Zəhmət olmasa, əvvəlcə bu vacib xəbərdarlığı oxuyun
“Davam” düyməsini sıxmaqla Nutrilon uşaq südləri və digər məhsullarla bağlı məlumatları görə biləcəksiniz. Davam etməyi seçdikdə NutriciaClub-ın məlumatları sizə informasiya məqsədli şəxsi tələbiniz əsasında təqdim etdiyi ilə razılaşırsınız. Zəhmət olmasa, uşağınızı südlərlə qidalandırma və ana südündən qatı qidalara keçirməklə bağlı məlumatlı seçim etmək üçün tibb mütəxəssisi ilə məsləhətləşin.
Ana südü ilə qidalanma körpələr üçün ən xeyirlisidir və körpələrə çoxsaylı faydası var. Əmizdirməyə hazırlaşarkən və ya əmizdirmə dövründə sağlam qidalanmaq və balanslaşdırılmış pəhriz çox vacibdir. Körpənin həyatının ilk həftələrində qarışıq qidalanması və butulka ilə qidalanması ana südü ehtiyatlarının azalmasına gətirib çıxara bilər və imtinadan sonra ana südü ilə qidalanmaya qayıtmaq çətin ola bilər. Uşaq südünün istifadəsi zamanı sosial və maddi nəticələrin olmasını nəzərə almaq lazımdır.
Uşaq südünün, digər qida məhsullarının və ya qidalanma metodlarının yanlış istifadəsi sağlamlıq üçün təhlükəli ola bilər. Sağlamlığa ziyan verməmək üçün uşaq qidalarının hazırlanması və yedizdirilməsi təlimatlarına ciddi əməl etmək lazımdır.